Fransa Qərbi Sahara məsələsində Mərakeşin suverenliyinə dəstəyini yenidən təsdiqləyib
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Fransa Avropa və xarici İşlər naziri Jan-Noel Barro ilə Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita arasında keçirilən görüş keçirilib. Görüşdən sonra Fransa XİN tərəfindən yayımlanan bəyanatda Paris Mərakeşin Sahara üzərindəki suverenliyi məsələsində “dəyişməz” mövqeyini bir daha təsdiqləyib.
525.az xəbər verir ki, bəyanatda bildirilir ki, prezident Emmanuel Makronun 30 iyul 2024-cü il tarixində Kral VI Məhəmmədə ünvanladığı məktubda ifadə olunan mövqe qüvvədə qalır.
Həmin məktubda qeyd olunub: “Fransa üçün Qərbi Saharanın bu günü və gələcəyi Mərakeşin suverenliyi çərçivəsindədir”. Həmçinin Fransa öz mövqeyinin dəyişməzliyini vurğulayaraq, bu mövqe ilə milli və beynəlxalq səviyyədə uyğun şəkildə hərəkət etməyə sadiq olduğunu bildirib.
Bəyanatda, həmçinin qeyd olunur ki, Fransanın Avropa və Xarici İşlər naziri Mərakeşin suverenliyi altında təqdim olunan avtonomiya planına “aydın və davamlı dəstəyini” bir daha ifadə edib. O, bu planın Qərbi Sahara məsələsinin həll olunması üçün “yeganə çərçivə” olduğunu və siyasi həll yoluna gətirib çıxara biləcək “yeganə əsas” sayıldığını vurğulayıb.
Nazir Jan-Noel Barro Mərakeşin avtonomiya təşəbbüsünə artan beynəlxalq konsensusu vurğulayaraq bildirib ki, Fransa bu təşəbbüsə dəstək verməyə tam hazırdır.
Digər tərəfdən, Fransa, Mərakeşin Cənub vilayətlərində həyata keçirdiyi iqtisadi və sosial inkişaf səylərini dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib, bu sahədə atılan müxtəlif addımları xatırladıb və bu dinamikanı davam etdirmək niyyətində olduğunu bildirib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















