Icma.az
close
up
RU
ABŞ Qərbi Sahara üzərində Mərakeşin suverenliyini tanıdığını təkrar təsdiqləyib

ABŞ Qərbi Sahara üzərində Mərakeşin suverenliyini tanıdığını təkrar təsdiqləyib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ administrasiyası 2020-ci ildə Prezident Donald Tramp tərəfindən Mərakeş Kralı VI Məhəmmədə bildirilən mövqeyinə sadiq qalaraq, Mərakeşin Qərbi Saharaya olan suverenliyini bir daha təsdiqləyib.

525.az xəbər verir ki, bu bəyanat ABŞ-ın dövlət katibi Marko Rubio ilə Mərakeşin xarici işlər naziri, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər üzrə naziri Naser Buritanın Vaşinqtonda keçirilən görüşündə verilib. ABŞ-ın dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Mərakeşin Qərbi Saxaraya olan suverenliyini tanıyır.
Xatırladaq ki, 2020-ci ilin dekabrında Kral VI Məhəmmədlə Prezident Donald Tramp arasında aparılan telefon danışığında ABŞ Prezidenti rəsmi şəkildə Birləşmiş Ştatların Qərbi Saharanın bütün ərazisi üzərində Mərakeşin suverenliyini tanıdığını bəyan etmişdi. Bununla bağlı mövcud olan sənəd həm hüquqi, həm də siyasi baxımdan vacibdir  və dərhal qüvvəyə minib.
ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce qeyd edib ki, dövlət katibi Rubio həmçinin ABŞ-ın “ədalətli və davamlı həll üçün yeganə əsas kimi Mərakeşin ciddi, etibarlı və real muxtariyyət təşəbbüsünü dəstəklədiyini” təkrarlayıb. ABŞ diplomatiyasının rəhbəri vurğulayıb ki, "Mərakeş suverenliyi çərçivəsində gerçək muxtariyyət yeganə mümkün həll yoludur".
Rubio əlavə edib ki, ABŞ Prezidenti tərəfləri “gecikmədən danışıqlara başlamağa, bu məqsədlə yalnız Mərakeşin muxtariyyət təşəbbüsünü əsas götürməyə” çağırır. O, bu istiqamətdə irəliləyişin əldə olunması üçün ABŞ-ın prosesə dəstək verəcəyini bildirib.
Bu bəyanat, beynəlxalq hüquq və diplomatiyada mühüm tərəfdaş olan ABŞ-ın, Azərbaycanın strateji tərəfdaşı Mərakeşin ərazi bütövlüyünə verdiyi davamlı və qətiyyətli dəstəyi bir daha təsdiqləyir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində daim prinsipial mövqe nümayiş etdirən Mərakeşlə oxşar yanaşmalar, iki ölkə arasında həmrəylik və qarşılıqlı anlayışın mühüm dayaqlarından biridir.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri