Icma.az
close
up
RU
Fransa Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi ideyasını dəstəkləmir

Fransa Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi ideyasını dəstəkləmir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Fransa hakimiyyəti hazırda Rusiya Federasiyasının aktivlərinin müsadirə edilməsi ideyasını dəstəkləmir, lakin bununla bağlı variantları araşdırmağa davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Sofi Prima məlumat verib.

“Hələlik dəstəkləmirik”, - deyə o, "Sud Radio"da deyib. Onun sözlərinə görə, Avropa banklarının bir çox digər qeyri-Avropa ölkələrinin aktivlərinə sahib olduqlarını nəzərə alsaq, belə bir addım Fransa və Aİ iqtisadiyyatları üçün “sistem effektləri” verə bilər.

Eyni zamanda, o, Fransa prezidenti Emmanuel Makron və baş nazir Fransua Bayruun iqtisadiyyat və maliyyə naziri Erik Lombara "belə bir qərarın nəticələrinin daha dərindən öyrənilməsini" tapşırdığını bildirib. O, həmçinin bu yaxınlarda ölkənin Silahlı Qüvvələr naziri Sebastien Lecornu tərəfindən müsadirə edilmiş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına Ukraynaya 195 milyon avro hərbi yardımın verilməsi barədə elan etdiyi qərarı xatırladıb. “Dondurulmuş Rusiya aktivlərinin investisiyasından əldə olunan gəlir 3 milyard avro təşkil edib”, - deyə o əlavə edib.

İyul ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasının Avropadakı aktivlərinin oğurlanmasına mütləq cavab verəcəyini bildirmişdi. O, Moskvanın bununla məşğul olanların hüquqi təqibini təşkil etmək niyyətində olduğunu vurğulayıb. Kreml nümayəndəsinin fikrincə, Avropa Kiyevə kömək etmək üçün Rusiyanın aktivlərindən istifadə etmək qərarına gələrək ən pis yolu tutub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Mart 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri