Icma.az
close
up
RU
Fransa səhnəsində Azərbaycan rəqsi, musiqisi və xalça sənəti

Fransa səhnəsində Azərbaycan rəqsi, musiqisi və xalça sənəti

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Paris, 14 sentyabr, AZƏRTAC

Po (Pau) Sərgi Mərkəzində keçirilən Assosiasiyalar Forumunda “BA Cultural Center” assosiasiyası Azərbaycan rəqslərini, musiqisini və xalça sənətini nümayiş etdirib. Forum yerli assosiasiyaların fəaliyyətinin tanıdılması, insanların bir araya gətirilməsi, paylaşım və mədəniyyətlərarası dialoqun təşviqi məqsədi daşıyıb.

AZƏRTAC xəbər verir ki, “BA Cultural Center” prezidenti Billurə Bernardın sözlərinə görə, tədbir assosiasiyalara öz fəaliyyətlərini ictimaiyyətə təqdim etmək, yeni əlaqələr qurmaq və müxtəlif mədəniyyətlər arasında qarşılıqlı ünsiyyəti gücləndirmək imkanı yaradıb.

Forum çərçivəsində “BA Cultural Center” Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirib. Tədbirin diqqətçəkən məqamlarından biri Azərbaycanın ənənəvi rəqsinin təqdimatı olub. Rəqsin rəngarəngliyi, ritmləri və ifadə zənginliyi ziyarətçilərin böyük marağına səbəb olub.

Tədbirdə ənənəvi musiqiyə də xüsusi yer ayrılıb. Aşıq Nəsib Azərbaycan xalq musiqisini və onun zəngin ənənələrini təqdim edib. Musiqi və rəqs nümayişləri ziyarətçilər tərəfindən rəğbətlə qarşılanıb, milli ənənələrin, musiqinin və mədəni irsin gələcək nəsillərə ötürülməsi ilə bağlı fikir mübadiləsinə imkan yaradıb.

Assosiasiyanın stendində “BA Cultural Center” müxtəlif mədəni və ictimai fəaliyyətləri haqqında məlumat verilib. Burada, həmçinin Azərbaycan xalça sənətinə həsr olunmuş xüsusi təqdimat və emalatxana təşkil olunub. Ziyarətçilər assosiasiya üzvləri ilə söhbət etmək, onların fəaliyyəti ilə tanış olmaq, il ərzində həyata keçirilən layihələr və gələcəkdə nəzərdə tutulan tədbirlər barədə məlumat almaq imkanı əldə ediblər.

“BA Cultural Center” stendi Forum çərçivəsində çoxsaylı ziyarətçilərin diqqətini cəlb edib. İştirakçılar xüsusilə təqdim olunan mədəni proqramlara və sənət nümunələrinə böyük maraq göstəriblər.

Pau şəhərinin meri Jerom Marbo, eləcə də bir sıra yerli seçilmiş nümayəndələr və rəsmi şəxslər assosiasiyanın stendini ziyarət edərək, “BA Cultural Center” üzvləri ilə görüşüblər. Görüşlər zamanı assosiasiyanın həyata keçirdiyi və gələcək üçün planlaşdırdığı layihələr barədə məlumat verilib. Eyni zamanda, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və yerli ictimai həyata daha fəal töhfə verilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

“BA Cultural Center”in Assosiasiyalar Forumunda iştirakı görüş və paylaşım, Azərbaycan sənət və ənənələrinin tanıdılması, eləcə də müxtəlif mədəniyyətlər arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli addım olub.

Assosiasiya Po şəhərinin mədəni həyatında iştirakını davam etdirmək, müxtəlif mədəniyyətlərin bir araya gəlməsi, bir-birini daha yaxından tanıması və qarşılıqlı dialoq üçün yeni imkanlar yaratmaq niyyətindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Sentyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri