Icma.az
close
up
RU
Qazaxıstan paytaxtında Azərbaycan xalça sənəti təqdim olunub

Qazaxıstan paytaxtında Azərbaycan xalça sənəti təqdim olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Astana, 18 oktyabr, AZƏRTAC

"Astana Balet" Teatrının səhnəsində Şirvan xalçası haqqında qədim Azərbaycan əfsanəsi əsasında hazırlanmış irihəcmli bədii əsər olan ikipərdəli "İki xalça" baletinin premyerası olub.

AZƏRTAC xəbər verir ki, "Azərxalça" ASC-nin İdarə Heyətinin üzvü, yaradıcı direktor Əsmər Babayeva jurnalistlərə açıqlamasında bildirib ki, səhnədə nümayiş etdirilən zəngin tamaşa Azərbaycan xalçaçılığının qədim ənənələrini, milli dəyərləri özündə əks etdirir: "Bu tamaşa bir neçə ay əvvəl planlaşdırılıb. Bizə təqdim olunan hekayə Azərbaycanın qədim sənətinə – xalçaçılığa həsr olunub. Həmin xalçanın dizaynı təqdim edildi və onun həyata keçirilməsi bizə həvalə olundu. Qısa müddətdə böyük bir komanda ilə bu xalçanı toxumağa başladıq."

Yaradıcı direktor qeyd edib ki, layihə çərçivəsində həmçinin "Azərxalça"nın zəngin kolleksiyasına daxil olan nadir nümunələr də nümayiş etdirilib:

"İstəyirdik ki, Qazaxıstan auditoriyası bizim klassik xalçalarımızı və milli dəyərlərimizi yaxından tanısın. Burada canlı xalça toxuma prosesi də həyata keçirilir və tamaşaçılar bu qədim sənətə böyük maraq göstərirlər."

Əsmər Babayeva iki fərqli sənət növünün – teatr və ənənəvi sənətkarlığın sintezini yüksək qiymətləndirərək bildirib ki, bu cür layihələr xalqlar arasında mədəni əlaqələrin güclənməsinə xidmət edir: "Bu, çox gözəl bir birgə əməkdaşlıq nümunəsidir. İnanıram ki, bu balet gələcəkdə bütün dünyanı gəzəcək və biz onu Azərbaycanın səhnəsində də görəcəyik."

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri