Icma.az
close
up
RU
Fransa Ukraynanın silahsızlaşdırılmasını istəmir

Fransa Ukraynanın silahsızlaşdırılmasını istəmir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Fransanın müdafiə naziri Sebastien Lecornu Ukraynanın istənilən tərksilahını rədd edəcəklərini bildirib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, nazir Lekornu, Hollandiyanın müdafiə naziri Ruben Brekelmans, Avropa və NATO ölkələrinin baş qərargah rəisləri, müxtəlif ölkələrin yüksək səviyyəli hərbi rəsmiləri və bu sahə üzrə ekspertlərin iştirakı ilə paytaxt Parisdəki Hərbi Məktəbdə Paris Müdafiə və Strategiya Forumu keçirilir.

Avropada müharibənin qaytarılması, strateji inkişaflar, texnoloji transformasiyalar, müdafiə sahəsində əməkdaşlıq və Ukraynanın Avropa müdafiə sektoruna daxil edilməsi kimi məsələlərin müzakirə olunacağı forum martın 13-dək davam edəcək.

Nazir Lecornu forumun açılışındakı çıxışında dünyanın yeni bir dövrə qədəm qoyduğuna diqqət çəkərək: “Biz artıq Soyuq Müharibə dövründə deyilik, lakin sülhün əldə olunduğu dövrdə də deyilik. Biz müəyyən etmək çətin olan bir dövrə qədəm qoyduq”, - deyə qeyd edib.

Fransalı nazir vurğulayıb ki, avropalılar öz təhlükəsizlik və müdafiə strategiyalarını başqalarının ixtiyarına buraxa bilməzlər. Lekornu qeyd edib ki, forumda Ukraynanın gələcək ordusunun necə olması da müzakirə olunacaq: “Biz ilk təhlükəsizlik zəmanətinin Ukrayna ordusu olması prinsipi əsasında hərəkət etməliyik və biz Ukraynanın istənilən tərksilahını rədd edəcəyik”, - deyə bildirib.

Lecornu: “Avropalıların üzləşdikləri təhlükələri bir-bir aradan qaldırması problemdir. Ukrayna və Rusiya bizi çox narahat etdiyinə görə İranın adını çəkə bilmərik. İran bizi çox narahat etdiyi üçün Şimali Koreyanın strategiyasından danışa bilmərik”, - deyib.

Lecornu vurğuladı ki, təhdidlər təkcə regional deyil, qlobal baxımdan qiymətləndirilməlidir: “Biz NATO müdafiə nazirlərinin iclasında yalnız Ukrayna məsələsini müzakirə etdiyimizi bilirik, digər məsələləri gündəmə gətirməkdə çətinlik çəkirik”, - deyə qeyd edib.

Onların müttəfiqi ABŞ-ın gözlənilməz hərəkət etdiyini qeyd edən Lecornu, Rusiya təhlükəsinin hər zamankindən daha böyük olduğu fikri ilə razılaşdığını deyib.

Digər tərəfdən, Fransa prezidenti Emmanuel Makronun da bu axşam forum çərçivəsində müxtəlif Avropa İttifaqı (Aİ) və NATO üzvü olan ölkələrin baş qərargah rəisləri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Mart 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri