Icma.az
close
up
RU
Qərb Ukraynanın qalibiyyətini istəmir AÇIQLAMA

Qərb Ukraynanın qalibiyyətini istəmir AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Rusiya Qərbin bütün hədələrinə baxmayaraq atəşkəsə getmir. Rusiya Qərbin Ukraynaya zaman qazandırmaq üçün atəşkəs istədiyini bildirir.

Maraqlıdır, Rusiyanın Qərbdən çəkinməməsinin səbəbi nədir? Qərbin Rusiyaya təsir imkanları itib?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Rusiyanın Qərbdən çəkinməməsinin bir çox səbəbi var. 

Onun sözlərinə görə, başlıca səbəb müharibə boyunca Rusiyanın Qərbin qarşısında tab gətirə bilməsidir:

“Qərbdə Rusiyaya qarşı siyasi, iqtisadi, hətta mədəni təzyiqlər belə edilirdi. Kollektiv Qərb Ukraynanı dəstəklədi, hətta “muzdlular” adı altında müxtəlif qruplar Ukrayna ərazisindən Rusiyaya qarşı müharibəyə cəhd edirlər. Bu 3 il ərzində Rusiya iqtisadi sanksiyaların qarşısında çıxış yolları tapa bilib, siyasi müstəvidə Çin başda olmaqla, Qərbə qarşı olan ölkələrlə siyasi əlaqələrini möhkəmləndirmək istiqamətində addımlar atdı. Bütün bunlarla yanaşı, müharibə meydanında da çoxsaylı itkilərinə baxmayaraq, geri addım atmadı. Nəticə etibarilə Rusiya qalib olmasa da, Ukraynanın, dolayı yolla Qərbin də qələbəsinə imkan verməyib. Burada əsas səbəblərdən biri Qərb nə qədər Rusiyaya qarşı addım atsa da, heç birinin həlledici olmamasıdır”. 

Politoloq qeyd edib ki, Qərb də Ukraynanın qalib gəlməsini istəmir:

“Müharibə getməsinə baxmayaraq, Avropa Rusiyadan enerji resursları alır çünki Avropa Rusiya qazından asılıdır. Belə ki, müharibə dövründə də 2025-ci ilin əvvəlinə qədər Ukraynadakı qaz daşıyan kəmərə toxunulmadı. Qərb ölkələri Ukraynaya Rusiyanı tam geri oturdacaq silahlar vermədilər. Belə görünür ki, Ukraynaya verilən silahlar Rusiyanı məğlub etmək üçün yox, sadəcə döyüşə bilməsi üçün lazım idi. Avropanın özündə belə kollektiv mövqe sərgilənmirdi. Hazırda isə Rusiya daha güclü çıxış edir. Artıq bütün iqtisadi, siyasi və hərbi təzyiqlərə məruz qalıb, buna qarşı duruş gətirə bilir. Bu gün Qərb kollektiv şəkildə Rusiyaya qarşı çıxış etmir”. 

A.Nərimanlı vurğulayıb ki, Trampın hakimiyyətə gəlməsi Rusiyaya qarşı fikirləri dəyişib:

“Tramp hakimiyyətə gələndən sonra ABŞ Rusiya ilə danışıqlara başlayıb. Bu danışıqlar sadəcə Ukrayna məsələsinə görə deyil, ümumiyyətlə, geosiyasi müstəvidə anlaşma olduğu görünür. Tramp administrasiyası Avropa İttifaqını proseslərdən kənara salmağa çalışır. Kollektiv Qərb artıq parçalanıb. Hazırda Qərb Rusiyaya qarşı daha zəif çıxış edir. Bu da Rusiyanın daha da tələb irəli sürməsinə şərait yaradır Bütün bunlarla yanaşı, Rusiya müharibə meydanında xeyli güclüdür, ABŞ-nin silah verməməsi Ukraynanı zəiflədib. İndiki vəziyyətdə Qərbin təsir imkanları Rusiyada təmamilə itməsə də, zəifləyib. Rusiya da istəyir ki, danışıqlar prosesi ilə məsələ həll edilsin. Tramp administrasiyası Qərbdə Rusiyanın maraqlarına uyğun şərait formalaşdırıb. Bu proses uzanarsa, vəziyyət dəyişə bilər”. 


Firuzə Əliyeva
Sfera.az
 

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 May 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri