Icma.az
close
up
RU
Fransa Ukraynaya qoşun göndərir?

Fransa Ukraynaya qoşun göndərir?

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Üç ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsi son zamanlar daha da şiddətlənib. Döyüşlərdə Rusiya ordusunun üstünlüyünün artması Ukraynaya hərbi yardımların da çoxalması ilə bağlı yeni təşəbbüsləri meydana çıxarmaqdadır. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilsə də, rus qoşunlarının irəliləməsinin qarşısını almaq mümkün deyil.  Ona görə də mövcud şəraitdə NATO əlavə yardımlar etmək istəyir. Hələ bu ilin fevral ayında Fransa Prezidenti Emmanuel Makron NATO-ya üzv olan ölkələrin rəsmilərinin Parisdə keçirilən toplantısında alyans ölkələrini Ukraynaya qoşun göndərməyə çağırmışdı. Makron demişdi ki, Rusiya ordusunun Ukrayna cəbhəsində uğur əldə etməsi Avropanın təhlükəsizliyinə ciddi təhdiddir, buna görə də Rusiyanın Ukraynada qələbə qazanmasına imkan vermək olmaz. O zaman alyansın bəzi üzvləri, xüsusilə Macarıstan, Almaniya, Çexiya, Böyük Britaniya, İtaliya və Yunanıstan Makronun təklifini qəbul etmədilər.

Zelenski və Makron Ukraynaya hərbi briqada göndərilməsini müzakirə edib

Amma bu məsələ yenidən gündəmə gəlib. Belə ki, bugünlərdə Brüsselə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Görüşdə Ukraynanın müdafiə potensialının gücləndirilməsi əsas müzakirə mövzusu olub. Onlar Ukraynada xarici qoşunların yerləşdirilməsini də müzakirə ediblər. Bununla bağlı Zelenski teleqram kanalında bildirib: “Fransa Prezidenti Emmanuel Makronla məhsuldar görüş keçirdim. Rusiya təcavüzündən müdafiədə Ukraynanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün əsas prioritetləri təkbətək müzakirə etdik”. Dövlət başçısı əsas vəzifənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi olduğunu qeyd edib. “Fransanın ordumuz üçün bir briqadanı hazırlamasına görə təşəkkür etdim, bu əməkdaşlığı davam etdirmək və daha bir briqada hazırlamaq barədə razılığa gəldik”, - deyə Zelenski vurğulayıb. O, digər ölkələrin də “bu səylərə qoşulacağına və əlavə Ukrayna briqadalarının komplektləşdirilməsinə öz töhfələrini verəcəklərinə” ümid etdiyini bildirib.

Prezidentin sözlərinə görə, sülh üçün “etibarlı zəmanətlərə ehtiyac var”. Zelenski Makronun “Ukraynada vəziyyətin sabitləşməsinə və sülhə doğru irəliləməyə kömək etmək üçün xarici qüvvələrin” iştirakını nəzərdə tutan təşəbbüsü üzərində işin davam etdiyini vurğulayıb.

Zelenski Trampa onun adından danışmaq mandatı verməyib

Xatırladaq ki, bu ilin may ayında Makron Fransanın Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərdiyini açıqlamışdı. İddiaya görə, fransız hərbçilər 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə göndərilib. İndiki müzakirələr də Makronun Ukraynaya əlavə qüvvə göndərmək istəyinin göstəricisidir. Görünür, ABŞ-ın yeni dövlət başçısı Donald Trampın müharibəni dayandıracağı barədə bəyanatı Zelenskini Avropadakı tərəfdaşları ilə belə bir addım atmağa sövq edib. Çünki Tramp fikirlərində Ukraynanın ərazi bütövlüyünün bərpasından deyil, sadəcə müharibənin dayandırılmasının vacibliyindən bəhs edir. Tramp Ukraynanın Rusiyaya ərazi güzəştə gedib-getməməli olması ilə bağlı suala cavab verməyə hazır olmadığını bəyan edib. O, yalnız Rusiya və Ukrayna prezidentləri ilə görüşdən sonra bu suala cavab verə biləcəyini açıqlayıb: “Rusiyanın nəzarətində olan ərazilərdə bir salamat  bina yoxdur. İnsanlar ora qayıtmayacaq”.

Təsadüfi deyil ki, Zelenski D.Trampa  onun adından danışmaq mandatı vermədiyini açıqlayıb. Ukrayna lideri  “Le Parisien” nəşrinə müsahibəsində regionda baş verənlərdən məhz Kreml rəhbərinin məsuliyyət daşıdığını, eləcə də ölkəsinin nə Rusiyanın, nə də Putinin qarşısında zəif olmadığını vurğulayıb. Ukrayna prezidentinin toxunduğu növbəti məsələ Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyü ilə əlaqəli olub: “Deyirlər, bu, gələcəkdə baş verəcək, lakin nə vaxt? İndiki şərtlər daxilində Vladimir Putinlə danışıqlara getmək ona əlavə üstünlüklər qazandıracaq. Məsələn, o, Avropada yaşanan hadisələrlə bağlı qərar vermək istəyəcək”.

Zelenski, eyni zamanda Donald Trampın seçki kampaniyası zamanı Rusiya-Ukrayna münaqişəsini 24 saata həll edəcəyi barədə fikirlərini şərh edib: “Mən qətiyyətlə bəyan edirəm ki, dünyanın heç bir lideri Vladimir Putinlə Ukraynanın adından danışıqlar apara bilməz. Biz heç kimə belə bir mandat verməmişik. Müharibənin qurbanı bizik, bizim ölkəmizdir. İndi kimlərinsə bizə necə yaşamağı öyrətməsi ədalətsizlik olardı. Fransızlar da, italyanlar da, amerikalılar da məhz öz ölkələrində bunu edə bilər”.

NATO baş katibinin Kiyevə təklifi

Bu açıqlamadan belə nəticə hasil olur ki, Zelenski Trampın onun yerinə Putinlə dialoqa getməsinin əleyhinədir. Kiyev sülh masasında əlinin güclü olmasını istəyir. Bunun üçün Rusiyaya təzyiqləri artırmağa çağırır.

NATO-nun baş katibi Mark Rutte isə Brüsseldə Zelenski ilə keçirdiyi mətbuat konfransında  Kiyev üçün gələcəkdə baş tuta biləcək sülh danışıqlarının şərtlərinin indidən yaradılmasının vacibliyini vurğulayıb. Baş katib bildirib ki, Ukrayna sülh danışıqlarına qərar verdiyi zaman ən əlverişli mövqedə olmalıdır: “Bunun üçün hava hücumundan müdafiə sistemləri və tədarük edə biləcəyimiz digər silahların çatdırılması üçün bütün lazımi addımları atmalıyıq”. Rutte, həmçinin Ukrayna iqtisadiyyatının indiki vəziyyətdə və sülh əldə edildikdən sonra dəstəklənməsinin zəruriliyini söyləyib.

Rusiyanın mövqeyinə gəlincə, rəsmi Moskva hesab edir ki, Qərbin Ukraynaya silah tədarükünün münaqişənin həllini çətinləşdirdiyini və NATO ölkələrinin birbaşa münaqişəyə cəlb olunduğunu bildirir. Fransanın Kiyevə hərbçilərini göndərməsi isə tərəflər arasında gərginliyi daha da artıracaq.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Dekabr 2024 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri