Icma.az
close
up
RU
Fransa və Aİnin revanşizmə dəstəyi: İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır

Fransa və Aİnin revanşizmə dəstəyi: İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Fransa üçüncü ölkələr vasitəsilə Ermənistanı silahlandırmaqda davam edir. Paris Hindistanın ardınca Yunanıstanı da bu prosesə cəlb edib.

Yunan mediasının yaydığı xəbərlərə görə, Afina Ermənistana Rusiya istehsalı olan "S-300" zenit-raket kompleksləri, habelə quru qoşunları üçün nəzərdə tutulan "TOR-M1" və "OSA" zenit kompleksləri göndərəcək. Bildirilib ki, sözügedən komplekslər bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək. Bunun əvəzində rəsmi Afina İsrail istehsalı olan komplekslərin idxalını həyata keçirəcək. Halbuki, iddia olunurdu ki, bu silahlar Ukraynaya təhvil veriləcək.

Yunanıstan tərəfi etiraf etməsə də, bu sövdələşmədə Fransanın əli var. Yəni, Makron Fransası çirkin planını üçüncü ölkələr vasitəsilə həyata keçirməyə çalışır. Bundan əvvəl isə Hindistandan "Pinaka" reaktiv raketlərinin alınması barədə xəbərlər yayılmışdı.

Hər iki sövdələşmə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinə sorğu ilə müraciət edilib. Məsələ ilə bağlı erməni jurnalistlərin sorğusunu cavablandıran nazirlik isə xəbərləri təkzib etməyə çalışıb.

Silah almaq hər bir ölkənin, o cümlədən Ermənistanın daxili işidir. Lakin məsələ ondadır ki, onlar qonşu dövlətə elə-belə verilmir. Silah sövdələşməsinin konkret qiyməti açıqlanmasa da, şübhəsiz ki, burada söhbət milyonlarla dollardan gedir.

Yunanların özləri ağır iqtisadi durumdadırlar. Ermənistana gəldikdə, hakimiyyət bu silah sövdələşməsindən sevinclidir. Şübhəsiz ki, əldə olunan razılaşma Ermənistan üçün hərbi nöqteyi-nəzərdən əhəmiyyət kəsb etmir. Sırf populist və daxili auditoriyaya yönəlib. Uzun müddətdir ki, media və ekspert dairələrində hakimiyyət müasir silahlar ala bilmədiyinə görə sərt tənqidlərə tuş gəlir.

Məsələnin digər tərəfi də var. Hakimiyyət ağır sosial-iqtisadi durumdan çıxmaq yolunu yeni silahlar almaqda görür, Fransanın riyakar, Cənubi Qafqazı qarışdırmaq siyasətində alətə çevrilməkdə davam edir.

Görünən odur ki, Qərb, xüsusən də Fransa Cənubi Qafqazda mövcud reallıqları qəbul etməyə tələsmir. Hər vəchlə sülh prosesinə mane olmağa çalışır, revanşizmə dəstək nümayiş etdirir. Elə Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı müşahidə missiyası da buraya daxildir. Məhz Yelisey sarayının təzyiqi ilə belə bir missiyanın Ermənistanda fəaliyyətə başladığı sirr deyil. Bu missiya saraydan aldığı tapşırıq və tezislərə uyğun olaraq, Azərbaycana qarşı çirkin bəyanat və addımları ilə yadda qalıb, fəaliyyətini dayandırmağa tələsmir.

Missiya rəhbərinin müşaviri Marek Kuberski bildirib ki, mandatı 19 fevral 2025-ci ildə başa çatan missiyanın müddətinin uzadılması məsələsi hələ həll olunmayıb: "Qərar Brüsseldə Ermənistan hakimiyyəti və ictimai təşkilatlarla məsləhətləşmələrdən sonra Aİ-nin bütün 27 ölkəsinin iştirakı ilə qəbul edilir".

M.Kuberski vurğulayıb ki, missiya mülki və silahsızdır, onun məqsədi sərhəddə təhlükəsiz mühitin yaradılması və tərəflər arasında etimadın möhkəmləndirilməsidir.

2023-cü ilin fevralında Aİ müşahidəçiləri Ermənistana yerləşəndə də dedilər ki, bu, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə vermək üçündür. Lakin sonradan göründü ki, Aİ-nin niyyəti tam başqadır.

Azərbaycan da bu missiya ilə bağlı narazılığını dəfələrlə ifadə edib. Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bu məsələyə bir daha toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası Avropa müşahidəçilər missiyasının müddətinin Azərbaycanın razılığı olmadan, məsləhətləşmədən uzadılmasıdır.

Prezident "buna nə ehtiyac var idi?", - deyə sual edib: "2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya iki ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır".

Beləliklə, Aİ "binokl diplomatiyası" aparan bu missiyadan Cənubi Qafqaza soxulmaq üçün istifadə etməklə yanaşı, Ermənistanı öz təsirində saxlamağa çalışır.

Şübhəsiz ki, bu və digər addımlarla Fransa və onun sözü ilə oturub-duran Aİ səmimi olmadıqlarını açıq-aydın göstərirlər. Bu azmış kimi, Ermənistanın silahlandırılmasında da iştirak edirlər. Məsələn, Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bu arada qeyd edək ki, sözügedən fond 2021-ci ildə yaradılıb. Aİ-dən maliyyələşən qurumun məqsədi guya dünyanın müxtəlif regionlarında sülhə xidmət etməkdir. Reallıqda isə məsələ fərqlidir.

Görünən odur ki, Fransa başda olmaqla, Aİ hər vəchlə Cənubi Qafqazda sülh prosesinə, əmin-amanlığın bərqərar olmasına əsas maneə kimi qalır. Ermənistan da bu təhlükəli və qərəzli yanaşmanın əsas iştirakçısına çevrilir. İrəvan anlamaq istəmir ki, növbəti dəfə çirkin və təhlükəli oyuna sürüklənir...

"Report" İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Noyabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see168

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see135

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see124

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see123

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see115

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri