Media: Aİ öz məhsullarının üçüncü ölkələr vasitəsilə Rusiyaya ixracını qadağan edəcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 8 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Moskvaya qarşı nəzərdə tutulan 19-cu sanksiyalar paketində Avropa mallarının üçüncü ölkələr vasitəsilə Rusiyaya ixracını qadağan etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, yeni paketdə yerli malların üçüncü ölkələr üzərindən Rusiyaya ixracın qadağan olunması nəzərdə tutulur. Bu addım Avropa İttifaqında istehsal olunan məhsulların sanksiyalardan yayınaraq dolayı yollarla Rusiyaya çatdırılmasının qarşısını almağa xidmət edəcək.
Sanksiya paketi çərçivəsində, həmçinin Rusiyanın energetika və maliyyə sektorlarına məhdudiyyətlərin daha da sərtləşdiriləcəyi gözlənilir.
Qeyd edək ki, Rusiya tərəfi bu cür birtərəfli sanksiyaların qanunsuz xarakter daşıdığın dəfələrlə vurğulayıb və onların, ilk növbədə, həmin məhdudiyyətləri tətbiq edən ölkələrin özlərinə zərər vuracağını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 08 Sentyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















