Icma.az
close
up
RU
Fransa və Azərbaycan münasibətlərində yaranmış çatların, gərginliyin məsuliyyətini Makron daşıyır

Fransa və Azərbaycan münasibətlərində yaranmış çatların, gərginliyin məsuliyyətini Makron daşıyır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“COP29 öncəsi antiazərbaycan təbliğatı, dövlətləri Azərbaycan cəmiyyətindən çəkindirmə və Azərbaycan haqqında dezinformasiyalar yayma Fransa, Niderland və onların əlaltı dövlətləri tərəfindən həyata keçirilirdi. COP29 başlayanda Fransa gördü ki, qərəzli kampaniyası fiaskoya uğrayıb. Tədbir yüksək səviyyədə təşkil olunub. “Paris sazişi” adı alan böyük dünya qlobal iqlim məsələlərini müzakirə edən tədbirdə Parisin iştirak etməməsi həqiqətən də dediklərimizə bariz nümunədir. Bu qədər əcaib bir siyasət ola bilməzdi ki, onu da Fransa etdi. Onun züy tutduğu bir neçə ölkəni çıxmaq şərtilə, bütün dünya Bakının ev sahibliyi etdiyi bu tədbirdə məmnuniyyətlə iştirak etdi”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, Fransanın əlaltıları yalnız kənardan baxa bildilər.

Vüqar İskəndərov

“Fransa siyasətinin növbəti eybəcərliyi Azərbaycan səfirini Fransa xarici işlər nazirliyinə dəvət edərək, ona Azərbaycanın COP29-dakı mövqeyi ilə bağlı etirazlarını çatdırmaları oldu. Növbəti şantaj, növbəti yalan, növbəti dəfə bu qədər çirkin bir siyasət...

Fransa COP29-la bağlı bütün eybəcərlikləri etsə də məqsədinə çata bilmədi. Bu gün də cığal bir uşaq kimi siyasətdən kənar qalıb. Fransanın Azərbaycandakı səfirinin XİN-ə dəvət edilməsinə cavab olaraq, Azərbaycanın Fransadakı səfirini çağırıb ona etiraz etməyə çalışıblar. Azərbaycanda keçirilən COP29-da dənizaşırı ada dövlətləri öz himayəçilərini Azərbaycan bilirlər və Azərbaycanın paytaxtı Bakı şəhərində Fransaya, Niderlanda öz haqlı etirazlarını çatdırıblar. Həmin tədbirin Bakıda keçirilməsi Fransa tərəfindən Bakının günahlandırmasına gətirib çıxarıb. Bu qədər əndazə aşmaq, bu qədər ağa qara demək olarmı?

Fransa və Azərbaycan münasibətlərində yaranmış bu çatların məsuliyyətini Fransa və onun mövcud prezident Makron daşıyır. Təəssüflər ki, belə bir böyük Avropa dövlətinin başında duran bu şəxs, Fransa kimi tarixi olan bir dövləti elə bir vəziyyətə gətirib ki, onlar artıq siyasi etikanı kənara qoyaraq, cığal uşaqlar kimi yalnız nəsə etməyə çalışır. Bununla da özünün narahatlıqlarını və gərginliklərini tam biruzə verir”-deyə deputat qeyd edib.

Vüqar İskəndərov vurğulayıb ki, COP29 başa çatır və dünyanı narahat edən, hər bir insanın taleyinə təsir göstərən qlobal iqlim məsələlərinin müzakirəsi Bakıda ən yüksək səviyyədə təşkil olunmuş konfransda bir çox müsbət nəticələr əldə edəcək.

“COP29 bu günə qədər keçirilmiş tədbirlər içərisində səviyyəsinə, hazırlığına və digər istiqamətlərinə görə, ən yüksək konfrans kimi tarixdə öz dərin izlərini buraxacaq”-deyə Vüqar İskəndərov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see289

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see239

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see225

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see204

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see194

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see184

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see179

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see174

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see154

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see152

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see148

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see144

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see143

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see143

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see140

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri