Icma.az
close
up
RU
Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dodaqların kənarlarında yaranan çatlar (anqulyar xeylit) orqanizmdəki bəzi problemlərdən xəbər verə bilər. Bu halın ən geniş yayılmış səbəblərindən biri dərinin və selikli qişaların bərpa olunma qabiliyyətini zəiflədən müəyyən vitamin və mineralların çatışmazlığıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Gazeta.ru-ya həkim-terapevt Dmitri Bessudnov məlumat verib.
"B qrupu vitaminlərinin, xüsusilə B2, B6, B9 və B12 vitaminlərinin çatışmazlığı buna səbəb ola bilər.
Riboflavin (B2 vitamini) çatışmazlığı əsas səbəblərdən biridir. B12 vitamini və fol turşusunun (B9) azlığı da epitel toxumasının vəziyyətinə və çatların sağalmasına birbaşa təsir göstərir.
 

Dəmir çatışmazlığı anemiyası da tez-tez dodaq kənarlarında çatların yaranması ilə müşayiət olunur. Reproduktiv yaşda olan qadınlarda bu, çox vaxt gizli dəmir çatışmazlığı ilə əlaqələndirilir. Sink çatışmazlığı immuniteti zəiflədir və toxumaların bərpasını çətinləşdirir. Ümumi zülal çatışmazlığını və digər mikroelementlərin azlığını da unutmaq olmaz. Qeyri-sağlam qidalanma və qida maddələrinin sorulmasının pozulması onların kompleks şəkildə çatışmazlığına səbəb ola bilər", - deyə həkim izah edib.


B qrupu vitaminləri, dəmir və sink hüceyrələrin yenilənməsində, qan yaranmasında və immun sisteminin fəaliyyətində mühüm rol oynayır. Bu maddələrin çatışmazlığı zamanı dərinin və selikli qişaların bərpası ləngiyir, yerli immunitet zəifləyir. Nəticədə mikroçatlara infeksiya, məsələn, kandida göbələyi və ya bakteriyalar asanlıqla daxil ola bilər. Bu zaman dodaq kənarlarındakı dəri quruyur, elastikliyini itirir və daha asan zədələnir.
"Lakin xeylitin yeganə səbəbi vitamin çatışmazlığı deyil. Dodaqları yalamaq vərdişi, uyğun olmayan diş protezləri və ya breketlərdən istifadə, həmçinin yaşla əlaqədar dəri tonusunun azalması da buna səbəb ola bilər.
Şəkərli diabet, mədə-bağırsaq traktında sorulma pozğunluğu ilə müşayiət olunan xəstəliklər və digər xroniki xəstəliklər də çatların yaranmasına təkan verə bilər.
Səbəbi təkbaşına müəyyən etmək mümkün deyil. Buna görə də dodaq kənarlarındakı çatlar sizi uzun müddət narahat edirsə, lazımi analizləri təyin edəcək və müvafiq müalicə seçəcək terapevtə və ya dermatoloqa müraciət edin", - deyə həkim vurğulayıb. (Oxu.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Avqust 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri