Icma.az
close
up
RU
Fransa və Böyük Britaniya arasında nüvə koordinasiyası: Tarixi razılaşma imzalandı

Fransa və Böyük Britaniya arasında nüvə koordinasiyası: Tarixi razılaşma imzalandı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron hər iki ölkənin nüvə qüvvələrinin müstəqil, lakin koordinasiya oluna biləcəyini nəzərdə tutan ortaq bəyanatı imzalayıblar. Bu barədə birgə mətbuat konfransında Britaniyanın hökumət başçısı məlumat verib.

“Bu gün səhər biz ilk dəfə olaraq nüvə qüvvələrimizin koordinasiyasını təsdiqləyən bəyanat imzaladıq”, — deyə Starmer bəyan edib. Tədbirin yayımı “Reuters”in YouTube kanalında aparılıb. Yeni razılaşmaya əsasən, Avropa üçün fövqəladə təhlükə yarandığı halda, London və Paris nüvə arsenalından birgə istifadə etməyə hazır olduqlarını bildirirlər.

Əməkdaşlıq dərinləşdirilir

Rəsmi məlumatda deyilir ki, iki ölkə arasında nüvə tədqiqatları sahəsində əməkdaşlıq da dərinləşdiriləcək. Bu əməkdaşlıq, həmçinin, beynəlxalq nüvə silahlarının yayılmaması rejiminin qorunmasına xidmət edəcək.

Bəyanatda bildirilir ki, tərəflər “nüvə qüvvələrinin müstəqil saxlanmasını təmin etməklə yanaşı, fövqəladə vəziyyətlərdə koordinasiyalı fəaliyyət” üçün mexanizm yaradacaqlar. Bu məqsədlə “Nüvə nəzarəti üzrə Birgə Qrup” təsis ediləcək.

Yeni mərhələ: Fransa nüvə koordinasiyasına razılıq verir

Qeyd edək ki, Fransa NATO-nun Nüvə Planlaşdırma Qrupunun işində iştirak etmir və həmişə öz nüvə arsenalının müstəqil olduğunu bəyan edib. Bu səbəbdən Makron–Starmer bəyanatı Fransanın ilk dəfə olaraq nüvə koordinasiyasına prinsipial açıq mövqe nümayiş etdirməsi baxımından mühüm siyasi dönüş sayılır.

Bu addım ABŞ-ın NATO-nun kollektiv müdafiəsinə sadiqliyinə dair qeyri-müəyyən bəyanatlarının fonunda atılıb. Mütəxəssislər bu razılaşmanı Avropa daxilində “fransız-britaniyalı nüvə çətiri”nin formalaşdırılması istiqamətində addım kimi qiymətləndirirlər.

NATO daxilində yeni dinamikalar

Britaniyanın Müdafiə Nazirliyi isə bəyan edib ki, “Fransa və Böyük Britaniyanın həyati maraqlarına təhdid edən hər hansı düşmən, hər iki dövlətin nüvə gücü ilə üzləşə bilər.”

Yelisey Sarayı da bu addımı “dostlara və düşmənlərə verilmiş açıq mesaj” adlandırıb və onu iki nüvə dövlətinin həmrəyliyinin göstəricisi kimi dəyərləndirib.

Tarixi fon və əvvəlki təşəbbüslər

Bu razılaşma 1995-ci ildə prezident Jak Şirak və baş nazir Con Meycor arasında imzalanmış analoji sənəddən sonra ən ciddi irəliləyiş kimi dəyərləndirilir. 2010-cu ildə də Nikola Sarkozi və Devid Kemeron arasında birgə nüvə tədqiqatlarının aparılması barədə razılıq əldə olunmuşdu. Lakin həmin sənədlər yalnız texnoloji əməkdaşlığı nəzərdə tuturdu və birgə hərbi qərarlar istisna olunurdu. Yeni sənəd isə praktiki əməkdaşlıqla bağlı konkret struktur – Nəzarət Qrupunun yaradılmasını da əhatə edir.

Beynəlxalq təhlükəsizlik üzrə ekspertlər razılaşmanı “qitədaxili təhlükəsizliyin avtonom təminatı istiqamətində mühüm dönüş nöqtəsi” adlandırırlar. Politoloq Loran Şevallye qeyd edir: “Bu razılaşma ABŞ-dan asılı olmayan yeni Avropa təhlükəsizlik modelinin formalaşmasına doğru bir siqnaldır. Avropa artıq özünü təkcə Vaşinqtonun zəmanətləri ilə qorunmuş hesab etmir.”
Nüvə arsenalının statistikası

Mütəxəssislərin hesablamalarına görə, Fransanın hazırda 290, Böyük Britaniyanın isə təqribən 230 nüvə başlığı mövcuddur. Bu arsenalın koordinasiyası gələcəkdə Avropanın təhlükəsizlik arxitekturasına ciddi təsir edəcək.

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyul 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see215

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see179

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see148

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see124

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see122

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri