Icma.az
close
up
RU
Fransa XİN başçısını Ermənistana aparan səbəblər? “Taylı tayını tapır”

Fransa XİN başçısını Ermənistana aparan səbəblər? “Taylı tayını tapır”

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 Həmsöhbətlər regional proseslər, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişi çərçivəsində baş verən son gedişat ətrafında fikir mübadiləsi aparıblar.
Paşinyan Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini bildirib.

Öncə onu deyək ki, Ermənistan- Fransa müzakirələrindən konstruktiv mövqe və nəticə gözləməyə dəyməz. Parisin mövqeyi dəfələrlə müşahidə olunub və sınaqdan çıxıb. Yelisey Sarayı heç bir halda Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında maraqlı deyil. Fransanın Azərbaycan və Ermənistanla münasibətlərinin hazırkı duruma da birbaşa olaraq Parisin regional siyasəti ilə bağlıdır. 

Fransa Ermənistanla müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığı davam etdirir. Bu, təsadüfi deyil. Əksinə, məqsədlidir. Məsələ burasındadır ki, Fransa Ermənistanı getdikcə özündən asılı duruma salmağa çalışır və ardınca “ev tapşırıqlarını” verir. Diplomatiyada buna “kökə və qamçı siyasəti” deyirlər. 

Rəsmi Parisin İrəvanı Moskvanın orbitindən çıxarmaqda və onun əvəz etməkdə iddialıdır. Etiraf etmək lazımdır ki, Fransa son illərdə bunu müəyyən mənada bacarıb. 
Fransanın Cənubi Qafqazdakı durum, o cümlədən normallaşma ilə bağlı maraqlanması birbaşa olaraq destruktiv maraqlarla bağlıdır. Təsadüfi deyil ki, münasibətlərin inkişafına doğru addım atıldıqca Fransa Bakıya qarşı mövqeyini sərtləşdirir, İrəvanla isə “mehribanlaşır”. Çünki Fransadakı Emmanuel Makron hakimiyyətinin təlaşı artır. 
Məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Rusiyanın regiondakı təsir imkanlarını artıra bilər. Bu isə Fransanın maraqlarına uyğun deyil. Sülh nəticəsində Ermənistan qonşusu Rusiyadan daha çox asılı vəziyyətə düşə bilər. Bu, Parisin Cənubi Qafqaza müdaxilə imkanlarını məhdudlaşdıracaq. Bu səbəbdən də Fransa bütün imkanları ilə sülhə mane olmağa çalışır. 

Paşinyanın Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini bildirməsi məsələsinə gəldikdə isə bildirməliyik ki, bu, növbətçi bəyanatdan savayı bir şey deyil. Eyni ilə Paris kimi İrəvan da özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışır. Amma faktiki olaraq əməldə bunu təsdiqləmir. Ermənistan Azərbaycanın haqlı tələbinə müvafiq olaraq konstitusiyanı dəyişmədikcə və Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etmədikcə, həmçinin qərbi azərbaycanlıların ata- baba torpaqlarına qayıdışına şərait yaratmadıqca sülhlə bağlı deyilən bütün sözlər mənasızdır. 

Siyasi şərhçi Kənan Novruzov,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri