Icma.az
close
up
RU
Fransa səfirindən Ermənistana “xəbərdarlıq”...

Fransa səfirindən Ermənistana “xəbərdarlıq”...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Paris Cənubi Qafqazda “uduzduğunu” anlayır...

Paşinyanın Aİ missiyasının gedəcəyinə işarə etməsi Parisi təşvişə salıb

2023-cü ilin əvvəlindən etibarən mülki monitorinq missiyası adı altında Ermənistanda kök salmağa başlamış Aİ-nin kəşfiyyat qrupunun əsil fəaliyyəti heç kimə sirr deyil. Ermənistana üzdə “havadarlıq” edən, arxa planda isə özünün korporativ maraqlarını əsas götürən Fransa məhz bu missiyanın əli ilə sülhün reallaşmasına bu və ya digər şəkildə maneə yaradır. Təsadüfi deyil ki, fəaliyyətə başladığı ilk günlərdə bu missiyanın heyəti 40 nəfərdən ibarət idisə, artıq bu say yüzlərlədir. Missiyanın tərkibi ilə yanaşı, ofislərinin də sayı artırılıb. Bu isə artıq şərhə ehtiyac qoymur. Ötən dövr ərzində kəşfiyyat qrupunu tam şəkildə Ermənistana yerləşdirmək imkanı “qazanan” Fransanın məqsədi bəllidir - onlar nəinki real situasiyanı monitorinq edir, birmənalı şəkildə Azərbaycana qarşı təxribatların hazırlanmasında iştirakçıdırlar.

Missiya, yoxsa xüsusi kəşfiyyat qrupu?

Qeyd edildiyi kimi, Fransa var gücü ilə sülhü arxa plana keçirmək və Ermənistanı müharibəyə təhrik etməyə çalışdığını gizlətmir. Bu ölkə Ermənistanı qeyri-qanuni şəkildə silahlandırmaqla yanaşı, missiya vasitəsilə həm də kəşfiyyat materialları toplayır - “hərbi missiya” Azərbaycan Ordusu, hərbi hissələrin dislokasiyası, potenaial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürür. Missiya üzvləri Ermənistan-Azərbaycan şərti sərhədi boyunca müntəzəm “monitorinqlər” aparır və bu zaman yüksək texnologiyalı avadanlıqlardan istifadə edir. Məlumatlar Ermənistan ordusu ilə bölüşülərək yeni müharibə planları üçün istifadə olunur. Mülki missiya nümayəndələri arasında hərbi keçmişə malik şəxslərin olması isə məsələdə heç bir şübhə yeri qoymur. Təsadüfi deyil ki, missiyanın tərkibi günü-gündən artırılır. Missiyaya yeni qoşulanlar isə əsasən Avropa ölkələrindən olan hərbi və təhlükəsizlik üzrə mütəxəssislərdir. Missiyanın rəhbərliyində olan şəxslər arasında NATO ölkələrində kəşfiyyat və təhlükəsizlik xidmətlərində çalışmış şəxslər də yer alır. Xüsusilə missiya rəhbərliyinin bəzi üzvlərinin Balkan münaqişələrində və Əfqanıstandakı NATO əməliyyatlarında iştirak etdiyi haqda məlumatlar var.

“Sülh” sözü eşidən kimi...

Maraqlıdır ki, bölgədə sülh ilə bağlı ümidlər yaranan zaman bu missiya “dövriyyəyə” girir və hər hansı bir fransız mütləq şəkildə Ermənistan ilə Azərbaycan arasındakı şərti sərhəddə peyda olur. Məsələn bir müddət öncə, sülhlə bağlı mühüm açıqlamalar verilən zaman (təxminən oktyabrın əvvəlində) “müşahidəçi”lərin Azərbaycanla sərhəddə baş çəkməsi halları “artdı”. Hətta onların bir qrupu Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gəldilər - sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı vardı. Həmin avtomobil karvanında gələn 6 nəfər şəxsin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Bu isə onu göstərir ki, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla şərti sərhəddə yerləşdirir.

Ermənistan imtina edir...

Ötən ay isə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Kanalına müsahibəsində Ermənistanın Azərbaycana Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyini təklif etdiyini dilə gətirmişdi. Əslində, bu fakın özü hazırda yaranan yeni siyasi reallığın əksi də sayıla bilər - o baxımdan ki, növbəti ildən sonra Avropa kontingentinin daxili poblemlərinin çoxalacağı gözlənilir, hətta bu fonda Ermənistanın Aİ mssiyasından imtina etməsi perspektivi də yaranır. Mərkəzi Avropada “oxu daşa dəyən” Fransa siyasi-iqtisadi böhranın astanasındadır. Bu mənada, onların Ermənistanda qalmasının heç bir müsbət üstünlük vəd etmədiyini dəqiqləşdirən Paşinyanın Aİ missiyasına “qapını göstərəcəyi” şübhə doğurmur. Mərhələli şəkildə ən qısa zamanda Ermənistanı tərk edəcək Aİ missiyasının gedişi ilə isə əsasən Fransanın regiona müdaxilə və təzyiq imkanları minimuma enəcək.

Səfirdən İrəvana “ultimatum”...

Paris baş verənlərdən narahatlıq keçirərək yeni təxribatlara əl atıb. Belə ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan-Azərbaycan şərti sərhəddində olub. Səfir Aİ missiyası ilə sərhəddə görüş keçirib. “Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq”, - Aİ missiyası görüşdən yazıb. Xatırladaq ki, məhz səfir Dekotini bir müddət əvvəl bildirmişdi ki, plan missiyanın mövcudluğunu təxminən iki dəfə artırmaqdır - bu isə əlavə bir neçə yüz nəfər deməkdir. Dekotini iddia etmişdi ki, onlar vaxtilə Qarabağda olmuş Rusiya hərbi kontingentindən daha çox iş görüblər. “Bu o deməkdirmi ki, Aİ Bakı və Moskvanın tələbi ilə öz missiyasını sərhəddən çıxarmayacaq” sualını O.Dekotini belə cavablandırıb: “Missiyanın mandatı Brüsseldə müəyyən edilir”...

Paris “son qala”sını da itirir...

Məsələnin mahiyyəti məhz burada açılır. Yuxarıda da vurğuladığımız kimi, Nikol Paşinyan öz müsahibəsində missiya ilə vidalaşmaya eyham vurmuşdu və hətta bir sıra siyasətçilər gələn ilin fevralında vaxtı bitəcək olan missiyanın fəaliyyətinin daha da artırılmasına lüzum görülməyəcəyini deyirdi. Bunu əsasən sülh müqaviləsinin o vaxtadək imzalanması perspektivi də təsdiqləyirdi. Görünür Fransa bu reallıqlardan əməlli-başlı təşvişə düşüb. Səfirin tələm-tələsik sərhəddə gəlməsi və hətta Ermənistan rəhbərliyi ilə də ultimativ tonla danışması onu göstərir ki, Fransa Cənubi Qafqazda da uduzduğunu anlayır. Hətta Aİ-nin daxilində belə nüfuzdan düşən, ikinci plana keçən Paris özünün “son qalası və ya ümidi” saydığı Ermənistanı da itirir. Bu isə Fransaya bölgədə nəzərdə tutulan mühüm qlobal ticari imkanlardan istifadə məsələsini tam şəkildə bloklayır. 

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri