Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın Avropa və Xarici İşlər Nazirliyi Ukrayna ordusunun Starobelskə hücumundan sonra Kiyevdəki hərbi obyektlərə endirilən cavab zərbələri ilə əlaqədar Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovi XİN-ə çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yayımlanan kommünikedə bildirilib.
"Nazir Jan-Noel Barronun göstərişi ilə Fransa Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Fransadakı səfirini çağırıb", - sənəddə qeyd olunub.
Fransa XİN Luqanskda dinc sakinlərin həlak olmasına cavab olaraq həyata keçirilən zərbələri və Kiyevdəki diplomatik missiya əməkdaşlarının təxliyəsi ilə bağlı tövsiyələri "xarici diplomatlara qarşı qəbuledilməz təhdid" kimi qiymətləndirib.
Bununla yanaşı, Paris Ukraynaya dəstəyini davam etdirmək niyyətində olduğunu da bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 27 May 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















