Fransa: Yeni hökumət böyük dəyişikliklər olmadan təqdim edildi
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın yeni hökuməti, Baş nazir Sebastyan Lekornü tərəfindən idarə olunan kabinet bazar günü axşam Yelisey sarayı tərəfindən rəsmi şəkildə təqdim edilib. Gözlənildiyi kimi, yeni nazirlər kabinetində ciddi dəyişikliklər baş verməyib və əsas fiqurlar vəzifələrində saxlanılıb.
AZƏRTAC xəbər verir ki, əsas vəzifələrini davam etdirən nazirlər arasında təhsil naziri Elisabet Borne, daxili işlər naziri Brüno Rötayo, ədliyyə naziri Jerald Darmanın və xarici işlər naziri Jan-Noël Barro yer alır. Səhiyyə naziri Katerin Votrən, mədəniyyət naziri Raşida Dati və kənd təsərrüfatı naziri Anni Jenevar da öz vəzifələrində qalıblar.
Bununla belə, bəzi diqqətçəkən dəyişikliklər də baş verib. Brüno Lö Mer artıq Silahlı Qüvvələr Nazirliyinə rəhbərlik edəcək, Erik Vors isə ərazi məsələləri üzrə yeni nazir təyin olunub. Eyni zamanda, indiyə qədər qadın-kişi bərabərliyi və ayrı-seçkiliyə qarşı mübarizə üzrə dövlət katibi olan Oror Berje hökumətin yeni rəsmi sözçüsü təyin edilib.
Baş nazirin dəyişdirilməsinə baxmayaraq, yeni hökumətin formalaşdırılmasında sabitlik əsas prinsip kimi görünür. Bu isə Fransanın hələ də gərgin olan siyasi vəziyyətində davamlılığa üstünlük verildiyinin göstəricisidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 06 Oktyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















