Fransada 1,2 milyon bank hesabına qanunsuz giriş edildi
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif:Mehin Qasımova,Banco.az
Fransada 1,2 milyon bank hesabına qanunsuz giriş edilib.
Banco.az xəbər verir ki, bu barədə Fransa höküməti məlumat yayıb.
Bildirilib ki, yanvar ayının sonundan etibarən bəzi şəxslər milli bank hesabları bazasına qanunsuz daxil olaraq təxminən 1,2 milyon hesaba aid məlumatlara çıxış əldə ediblər.
Bəyanatda deyilir ki, Dövlət Maliyyəsi Baş İdarəsi (DGFiP) tərəfindən aparılan araşdırmalar nəticəsində pozuntunun verilənlər bazasına girişi olan dövlət məmurunun şəxsi məlumatlarının oğurlanması nəticəsində baş verdiyi müəyyən edilib. Bu girişlər zamanı hesab sahiblərinin şəxsi məlumatları, ünvanları və vergi nömrələri kimi şəxsi məlumatlara baxıldığı bildirilib.
Səlahiyyətli şəxslər bildiriblər ki, təsirlənmiş hesab sahibləri məlumatlandırılacaq və oxşar pozuntuların qarşısını almaq və təhlükəsizlik infrastrukturunu gücləndirmək üçün lazımi tədbirlər görüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 Fevral 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















