Fransada polislərə hücum edildi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Fransanın Kann şəhərində polis bölməsi yaxınlığında kişi polis əməkdaşlarına hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Lesinguliersete.fr" nəşri məlumat verib.
Məlumata görə, bıçaqla silahlanmış şəxs "Allahu Əkbər" qışqıraraq polis əməkdaşlarına hücum edib.
Yaxınlıqda patrul xidməti aparan polislər dərhal reaksiya verib və hücumçunu zərərsizləşdirmək üçün elektroşokerdən istifadə ediblər. Nəticədə, kişi nəzarətə götürülüb.
Lakin bildirildiyinə görə, həbs edildikdən sonra belə yerləşdirildiyi kamerada eyni sözləri deməyə davam edib.

Fransada matəm ELAN EDİLDİ
20 Dekabr 2024 08:09
Fransada müxtəlif həbsxanalara hücum edilib
15 Aprel 2025 14:32
Fransada silahlı hücum: Yaralananlar var
02 Sentyabr 2025 21:39
Fransada məktəbə silahlı hücum oldu
10 Sentyabr 2025 18:39
Fransada antirekord
15 Noyabr 2024 11:20

