Icma.az
close
up
RU
Belçika və Fransada xəstəliyin yayılması ilə əlaqəli ilk listerioz hadisəsi qeydə alınıb

Belçika və Fransada xəstəliyin yayılması ilə əlaqəli ilk listerioz hadisəsi qeydə alınıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Brüssel, 14 avqust, AZƏRTAC

“Sciensano” İctimai Səhiyyə İnstitutu Belçikada ilk listerioz hadisəsi barədə məlumat verib. Bu barədə AZƏRTAC “Brüssel Tayms” qəzetinə istinadla xəbər verir. İnfeksiya Fransada yoluxmuş pendirin səbəb olduğu xəstəliyin yayılması ilə əlaqələndirilir. Xəstələnmiş vətəndaşın vəziyyəti hələ dəqiqləşdirilmir.

Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyinin (FAVV) nümayəndəsi Elen Bontenin sözlərinə görə, müəyyən edilmiş ştam Fransada aşkar edilən ştamla eynidir. Belçikada ilk yoluxma halı barədə əlavə məlumat hələ ki, yoxdur.

Bonte vurğulayıb ki, ciddi nəzarət tədbirlərinə baxmayaraq, listeriya bakteriyalarının qida məhsullarına düşməsi ehtimalını tamamilə istisna etmək mümkün deyil. “Biz steril mühitdə yaşamırıq. Bakteriyalar ətrafımızdakı mühitin bir hissəsidir və qidaya düşə bilər”, - deyə o qeyd edib.

Listeriya əksər hallarda pasterizə olunmamış süddə aşkar edilir. İstehsalçılar riskləri minimuma endirməyə və məhsullarının çoxsaylı sınaqlarını keçirməyə borcludurlar. Bununla belə, yoluxmuş məhsulların rəflərə düşməsi halları hələ də mümkündür və o zaman onlar satışdan geri çağırılır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri