Fransada aksiyalar zamanı 2 minə yaxın adam saxlanılıb
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün, oktyabrın 18-də Fransada etiraz aksiyaları zamanı polis əməkdaşlarının təxminən 2 min nəfəri saxladığı məlum olub.
Modern.az xarici mediaya istinadla bildirir ki, hadisələr zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında toqquşmalar da qeydə alınıb.
Bu barədə Fransanın daxili işlər naziri Loran Nünyez məlumat verib. Onun sözlərinə görə, hazırda 1800 nəfər saxlanılıb. Hadisələrlə bağlı araşdırma aparılır.
Ölkədə baş verən iğtişaşlarda təqsirli olan və iştirak edən şəxslərin kimliyi müəyyənləşdirilir. Onlar məhkəmə qarşısına çıxarılacaqlar. Etirazlar zamanı hüquq-mühafizə orqanlarının təxminən 500 əməkdaşı xəsarət alıb.
Xatırladaq ki, Parisdə lüks brend mağazaları hücumlara məruz qalıb. Qiyməti təxminən 20 min manatdan çox olan çantaların satıldığı bahalı mağazalar qarət edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Oktyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















