Fransada etirazlar zamanı 422 nəfər saxlanılıb
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransada kütləvi etirazlar zamanı 422 nəfər saxlanılıb.
Gununesi.info xəbər verir ki, bu barədə həmin ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Razılaşdırılmış etiraz aksiyaları çərçivəsində nümayişlər insidentsiz ötüşüb. Lakin Bordo, Tuluza, Ren, Lil, Nant, Marsel və Lion da daxil olmaqla, bir sıra şəhərlərdə radikal əhval-ruhiyyəli şəxslər yürüşlər başa çatdıqdan sonra vandalizm və talançılıq aktları törətmək məqsədilə mərkəzi məhəllələrə daxil olmağa cəhd ediblər”, – məlumatda bildirilib.
Qeyd olunub ki, Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar atmağa başlayan aqressiv etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edilib.
Qurumun məlumatına görə, şənbə günü axşama qədər əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz əlaməti olaraq ümumilikdə 320 minə yaxın insan aksiyaya qatılıb. Həmkarlar ittifaqları isə sözügedən rəqəmin 500 min olduğunu açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 31 Oktyabr 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















