Fransada “Austen”: 72 min ev elektriksiz qaldı...
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransada “Austen” fırtınasının keçməsindən sonra ötən gün təxminən 72 min ev təsərrüfatı elektrik enerjisiz qalıb. “Enedis” şirkətinin məlumatına görə, ən çox zərər çəkən bölgələr Bretan və Normandiyadır.
Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Bretanda 29 900, Normandiyada isə 20 900 abonent hələ də elektrik enerjisindən məhrumdur. Cümə günü saat 07:00-da Bretan, Luara torpaqları və Normandiya bölgələrində elektriksiz qalan evlərin sayı 161 minə çatmışdı. Şəbəkə operatoru hava şəraiti imkan verən kimi qəza-bərpa işlərinə başlamaq üçün 2 mindən çox əməkdaşın səfərbər edildiyini bildirib.
Payızda Fransaya təsir edən ilk fırtına olan “Austen” səbəbindən 23 departamentdə güclü küləklə bağlı narıncı xəbərdarlıq elan olunub. “Meteo-Fransa” meteorologiya xidmətinin məlumatına görə, Uessant adasında küləyin sürəti saatda 143 kilometrə, Plumanakda 137 kilometrə, Lannionda isə 119 kilometrə çatıb.
Fırtına Normandiyanın bütün dəmir yolu xətlərində, eləcə də Bretan və Fransa-Şimal bölgələrinin bəzi dəmir yolu şəbəkələrində hərəkətin dayanmasına səbəb olub. Fransa ilə Böyük Britaniya arasında bəzi dəniz nəqliyyatı reysləri də təxirə salınıb.
Morbian departamentinin prefekturası yanğınsöndürənlərin elektrik mənşəli dörd yanğın qeydə aldığını, həmçinin yerə düşmüş naqillərlə bağlı altı çağırışa cavab verdiklərini bildirib.
“Meteo Fransa” bazar günü yeni hava pozuntusunun, yağışın və güclü küləyin gözlənildiyini xəbər verir. La-Manş sahillərində küləyin sürətinin saatda 70–90 kilometrə çatacağı proqnozlaşdırılır.
Baxış sayı:59
Bu xəbər 25 Oktyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















