Fransada güclü fırtına: 53 min ev elektriksiz qaldı
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransanın müxtəlif bölgələrində güclü fırtına ciddi fəsadlara səbəb olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, fırtına nəticəsində evlərə və avtomobillərə ziyan dəyib, 53 min evdə elektrik enerjisi kəsilib.
Məlumata görə, xüsusilə Overn-Rona-Alp və Yeni Akvitaniya bölgələrində elektrik kəsintiləri qeydə alınıb.
Overn-Rona-Alp bölgəsinin Aubena şəhərində yüzlərlə avtomobilə, eləcə də evlərin damlarına və pəncərələrinə ziyan dəyib. Təxminən 100 nəfər evlərindən təxliyə edilərək təcili sığınacaqlara yerləşdirilib. Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.
Luar departamentinin Sent-Etyen şəhərində baş verən tornado isə iki yük maşınının A72 avtomobil yoluna aşmasına səbəb olub. Bu səbəbdən nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Eyni departamentdə əlverişsiz hava şəraiti ilə əlaqədar yanğınsöndürənlər 600-dən çox hadisəyə müdaxilə edib.
İzer departamentinin Sen-Kanten-Fallavye qəsəbəsində isə güclü külək ağacları kökündən çıxarıb, elektrik dirəklərini aşırıb və evlərin damlarını uçurub.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 İyul 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















