Fransada barıt fabrikinin üzərində naməlum dron qeydə alındı
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Fransanın Berjerak şəhərindəki barıt üzərində naməlum pilotsuz təyyarə görüntülənib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Radio Europe" zavod işçilərinə istinadən məlumat yayıb.
İşçilərin dediyinə görə, pilotsuz təyyarə bazar ertəsi, noyabrın 10-u axşam saatlarında ordu üçün barıt istehsal olunan fabrikin üzərindən iki dəfə uçub. Bununla belə, radiosiqnalın tıxanması və pilotsuz uçan aparatların identifikasiyası sistemi işləməyib.
"Hadisə yerinə bir neçə polis patrulu göndərilib, lakin pilotsuz təyyarənin hansı istiqamətə getdiyini müəyyən etmək mümkün olmayıb", - məlumatda deyilir.
Fabrik 2025-ci ilin yanvarında fəaliyyətə başlayıb. Fabrik iri çaplı artilleriya mərmiləri üçün barıt istehsal edir./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 11 Noyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















