Fransada dəhşətli qasırğa: Yaralılar var
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Fransanın cənub-qərbində yerləşən Pomas kəndini güclü tornado vurub.
Turkustan.az xəbər verir ki, təbii fəlakət nəticəsində 41 nəfər xəsarət alıb, təxminən 300 evə ziyan dəyib.
Hadisə avqustun 24-də axşam saatlarında Aude departamentində baş verib. Güclü külək evlərin damlarını uçurub, tikililərə və avtomobillərə ciddi ziyan vurub.
Xəsarət alanlardan 15 nəfər xəstəxanaya yerləşdirilib. Onların arasında evinin bir hissəsinin uçması nəticəsində xəsarət alan hamilə qadının da olduğu bildirilir.
Fırtınadan sonra əraziyə 120-dən çox xilasedici cəlb olunub. Elektrik enerjisinin verilişində və nəqliyyatda da fasilələr yaranıb. Fransanın cənub-qərbində bir sıra ərazilərdə güclü tufanla bağlı narıncı səviyyəli hava xəbərdarlığı elan edilmişdi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 Avqust 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















