Icma.az
close
up
RU
Fransada etiraz aksiyaları davam edir KONKRET

Fransada etiraz aksiyaları davam edir KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Fransada həyat şəraitinin bahalaşması, yanacağın qiymətlərinin artması və digər sosial məsələlərlə bağlı etiraz aksiyaları davam edir.

KONKRET.az xəbər verir ki, BBC-nin məlumatına görə, paytaxt Parisdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib, hüquq-mühafizə orqanları etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Parisdə keçirilən əsas nümayişdən əvvəl ölkənin müxtəlif şəhərlərində polis və etirazçılar arasında qarşıdurmalar yaşanıb. Paytaxtda polis su şırnaqları ilə nümayişçiləri dağıtmağa çalışıb. Etirazçılar isə polisə daş atıblar.

Etirazlar fonunda Fransanın şərqində yerləşən Lion şəhərində turizm ofisində yanğın baş verib.

AFP xəbər agentliyinin və yerli medianın məlumatına görə, nümayişçilər binanı yandırıblar. Hadisə yerindən yayılan görüntülərdə binanın daxilində və ətrafında alovların olduğu, bir neçə pəncərənin sındırıldığı görünür.

Yerli polis yanğınsöndürənlərin alovu təhlükəsiz şəkildə söndürməsinə “aqressiv şəxslərin” mane olduğunu bildirib. Polis əməkdaşlarının zorakı qrupları dağıtmağa çalışdığı qeyd olunur.

BBC yazır ki, Marsel şəhərində də iğtişaşlar qeydə alınıb. Burada polis bölməsinə ziyan vurulub, küçələrdə yanğınlar baş verib və gözyaşardıcı qazdan istifadə olunub. Nümayişçilər qısa müddətə Marsel meriyasının binasına da daxil olublar.

AFP-nin yaydığı görüntülərdə etirazçıların binanın qapısını açmağa çalışdığı görünür. Şəhər meri Benoît Payan baş verənlər nəticəsində dəymiş ziyanın məhdud olduğunu bildirib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, gün ərzində ölkə üzrə 160-dan çox şəxs saxlanılıb. Nazirlik təxminən 33 min insanın ölkə üzrə 140 ayrı aksiya və nümayişdə iştirak etdiyini açıqlayıb.

Aksiyalarda müxtəlif qruplar, o cümlədən yanacağın qiymətlərinin artmasına qarşı çıxışları ilə tanınan “sarı jiletlilər”, həmkarlar ittifaqlarının nümayəndələri və gənclər iştirak edirlər. Nümayişlər bir neçə həftədir davam edən tələbə etirazlarından sonra daha geniş sosial narazılıq dalğasına çevrilib. Fransa Daxili İşlər Nazirliyi bəzi nümayişçiləri qarət cəhdlərində və polisə hücum etməkdə ittiham edir.

Bununla belə, Parisdə BBC-yə danışan bəzi gənc etirazçılar dinc niyyətli olduqlarını və ölkədə dəyişikliklərə nail olmağa çalışdıqlarını bildiriblər. Ölkənin müxtəlif şəhərlərində qarşıdurmalar davam edərkən, polis vəziyyətə nəzarəti bərpa etməyə çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Oktyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see441

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see329

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see248

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see239

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see236

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see229

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see217

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see206

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see198

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see194

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see193

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see193

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see188

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see187

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see182

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see180

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see155

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri