Icma.az
close
up
RU
Fransada yenidən kütləvi etiraz aksiyaları keçiriləcək

Fransada yenidən kütləvi etiraz aksiyaları keçiriləcək

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Fransada dəmiryolçular və təsərrüfat işçilərindən sonra dövlət qulluqçuları, məktəblər, xəstəxanalar, energetika və hava yolları işçiləri də tətilə başlayır. Fransada 2025-ci il büdcə layihəsində qənaət tədbirlərinə qarşı çıxır, dövlət qulluğu üçün daha çox insan və maliyyə resursları tələb etmək üçün nümayişlər planlaşdırılır.

Publika.az xəbər verir ki, Fransada büdcə layihəsinin güc tətbiqi ilə qəbul edilməsi kritik vəziyyət yaradıb. Ölkədə fəaliyyət göstərən bütün həmkarlar ittifaqları və müxtəlif sektorlar üzrə işçiləri 2025-ci il büdcə layihəsini ləğv etmək, dövlət xidmətlərini müdafiə etmək üçün dekabrın 5-də tətilə çıxacaqlarını açıqlayıblar. Sabah məktəblər bağlanacaq və xeyli sayda təyyarə reysləri ləğv olunacaq.

Yeddi həmkarlar ittifaqının (CGT, CFDT, Unsa, FSU, Solidaires, CFE-CGC və FA-FP) çağırışı ilə Fransanın 160 şəhərində tətil olacaq. Fəhlə gücü (Force ouvriere-FO) həmkarlar ittifaqı dekabrın 10, 11 və 12-də üçgünlük tətilə çağırış edir.

Parisdə sabah yerli vaxtla saat 14:00-da Bersinin (Bercy Maliyyə, İqtisadiyyat və Vergi nazirliyi) qarşısına toplaşacaq nümayişçilər İtaliya meydanına doğru irəliləyəcəklər. Digər şəhərlərdə nümayişlərin yerli vaxtla səhər saat 10:00-da başlayacağı bildirilir.

Məktəblərdə ciddi pozuntular olacağı qeyd edilir. Milli Təhsil Həmkarlar İttifaqları hökumətin qəddar siyasətini pisləmək üçün kütləvi səfərbərliyə çağırırlar. Parisdə 650 məktəbdən 230-dan çoxu bağlanıb. Xəstəxanalar, administrasiyalar, vergi xidmətləri kimi bütün ictimai xidmətlərdə fasilələr olacağı bəyan edilib.

Nümayişçilər daha çox büdcə resursları, iş yerlərinin yaradılması, indeks bəndinin artırılması, hətta ümumi əməkhaqqı tədbirləri kimi tələblər səsləndirirlər. Böyük şəhərlərdə təyyarə reysləri ləğv olunub. Enerji sektorunda tətil çağırışı rəsmi olaraq bir gün əvvəl, dekabrın 4-də axşam saat 21:00-da başlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:311
embedMənbə:https://publika.az
archiveBu xəbər 04 Dekabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri