Icma.az
close
up
RU
Fransada etirazçılar şossedə avtobusu yandırıblar

Fransada etirazçılar şossedə avtobusu yandırıblar

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Hər şeyi bloklayın!” şüarı ilə keçirilən etiraz aksiyalarına qatılan bir qrup aqressiv etirazçı Fransanın şimal-qərbində, Renn şəhəri yaxınlığında şossedə adi avtobusa hücum edərək onu yandırıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə “İci” radiosu məlumat yayıb.

Hadisə səhər tezdən Renn şəhərini əhatə edən dairəvi yolda baş verib. Hadisə şahidlərinin sözlərinə görə, üzlərini maska və şərflə gizlədən bir qrup şəxs yolda hərəkətdə olan avtobusu daşqalaq edib. Avtobusun sürücüsü "son anda maşından çıxmağı bacarıb". Daha sonra həmin şəxslər avtobusu yandırıblar. Hücum zamanı avtobusda sərnişinlərin olub-olmadığı barədə məlumat verilmir.

Hazırda Renn ətrafındakı nümayişçilərin dairəvi yolun bir neçə hissənini bağlaması nəticəsində uzun tıxaclar yaranıb. Onlarla şəxs yolun ortasına çıxaraq ora ağac budaqları, tikinti tullantıları və taxta daşıyıb, daha sonra isə bunları yandırıblar.

Polis yolların tez bir zamanda təmizlənməsi üçün gücləndirilmiş bamperli zirehli mikroavtobuslardan istifadə edir. Eyni zamanda hadisə yerində bir neçə yanğınsöndürən briqada da çalışır.

Fransa daxili işlər naziri Brüno Retayo bildirib ki, indiyə qədər ölkə ərazisində iğtişaşlarda iştirak etdiklərinə görə təxminən 200 nəfər saxlanılıb, onlardan 132-si Parisdə və onun ətraf ərazilərində tutulub.

"Les Echos" qəzetinin məlumatına əsasən, saat 09:30-a (10:30) olan vəziyyətə görə, jandarm xidmətinin məsuliyyət zonasına daxil olan ərazilərdə 154 aksiya qeydə alınıb. Bunlardan 18-i yol bağlanması olub və ümumilikdə təxminən iğtişaşlarda 4 min nəfər iştirak edib.

Daha əvvəl Fransa Daxili İşlər Nazirliyi gün ərzində keçiriləcək etirazlarda ümumilikdə 100 minə yaxın insanın iştirak edəcəyini proqnozlaşdırırdı. Bu səbəbdən küçələrdəki təhlükəsizliyi təmin etmək üçün əraziyə təxminən 80 min polis və jandarmın cəlb ediləcəyi planlaşdırılmışdı.

Fransa mediasının məlumatına görə, ölkədə hökumətin iqtisadi siyasətinə etiraz olaraq "ölkəni bloklamağa" dair ilk çağırışlar internetdə hələ may ayında yayılsa da, bu çağırışlar xüsusilə iyul ayında o vaxtkı baş nazir Fransua Bayrunun bəyanatından sonra geniş vüsət alıb. O, bəzi dövlət bayramlarını iş günü elan etməyi və büdcəyə təxminən 44 milyard avro qazandıracaq qənaət tədbirlərinin həyata keçirilməsini təklif etmişdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Sentyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri