Fransada etirazçılarla polis arasında toqquşma baş verib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Fransanın Lion şəhərində etirazçılarla polis arasında toqquşma baş verib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Məlumata görə, Lionun mərkəzinə yaxın ərazidə yolu qısa müddətə bağlamağa çalışan təxminən 150 etirazçıya qarşı polis gözyaşardıcı qaz tətbiq edib. Həmin ərazidə nümayişlərin keçirilməsi qadağan olunub.
Fransada etirazlar yaşayış xərclərinin artması, ictimai xidmətlərdəki problemlər və təhsil sahəsindəki çətinliklərlə bağlıdır. Hakimiyyət ötən həftə nümayişlər zamanı baş verən iğtişaşların təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirib.
Fransanın daxili işlər naziri Laurent Nunezin açıqlamasına görə, oktyabrın 24-də ölkə üzrə 70 min polis əməkdaşı səfərbər edilib. Bir sıra şəhərlərdə nümayişlərə məhdudiyyətlər qoyulub. /Apa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 24 Oktyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















