Seuta şəhərində etirazçılarla polis arasında toqquşma baş verib
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
İspaniyanın Afrikanın şimalında yerləşən muxtar Seuta şəhərində miqrantlar üçün salınmış düşərgəni yandıran etirazçılarla polis arasında toqquşma baş verib.
Bu barədə SİA xarici KİV-ə istinadən xəbər verir.
İğtişaşlar Mərakeşdən Seutaya kütləvi miqrant axınından təxminən bir ay sonra baş verib.
Telekanal düşərgədə bir qrup nümayişçinin müxtəlif əşyaları yandırdığını göstərib. Polis etirazçıları geri çəkilməyə məcbur edib.
Seuta Polisi bildirib ki, bundan əvvəl təxminən 70 nəfər hərbi avtomobili daş və digər əşyalarla atəşə tutub. Yerli etirazçılar həmçinin Qızıl Xaç Təşkilatının avtomobillərinin düşərgəyə girməsinə mane olmağa çalışıblar. Təşkilat həmin ərazidə miqrantlara ərzaq paylayır.
Etirazçılar İspaniya bayraqları qaldıraraq şəhərdə miqrantların və Qızıl Xaçın fəaliyyətinin əleyhinə çıxıblar.
İyul ayında 70 mindən çox miqrant qeyri-qanuni yollarla Seutaya gəlib. Onlar buradan kontinental Avropaya keçməyə ümid edirdilər. Amma əksəriyyəti sonradan Mərakeşə qayıdıb. Bir neçə min nəfər hələ də anklavda qalır və küçələrdə və ya çimərliklərdə yaşayır.
İspaniya hökuməti Seutada qalan miqrantların sayını 7 mindən az qiymətləndirir. Şəhər hakimiyyətinin nümayəndələrinin sözlərinə görə isə onların sayı ən azı 10 min nəfərdir.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 28 Avqust 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















