Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Fransada fermer inqilabının yeni dalğası

Fransada fermer inqilabının yeni dalğası

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa dünyada həm də ənənələr ölkəsi kimi tanınır. Belə görünür ki, fransızlar əcdadlarının inqilab ənənələrini davam etdirməyi də özlərinə borc bilirlər.  Son illərdə bu ölkədə iri həmkarlar ittifaqları təşkilatlarının çağırışları ilə müxtəlif peşə sahiblərinin, sıravi vətəndaşların, pensiyaçıların hökumət əleyhinə Parisdə və əyalətlərdə permanent hal alan etiraz aksiyaları keçirmələri belə qənaətə gəlməyə əsas verir. Əgər bir vaxtlar  Fransada baş verən Bastiliyanın alınması hadisələri digər ölkələrə də sirayət etmişdisə, zəmanəmizdə Avropanın qonşu ölkələri fransızlardan “Peyin inqilabı”, “Sarı jiletlilər hərəkatı” nümunələrini əxz edirlər. Son günlərdə isə bu ölkədə fermerlərin yeni inqilab dalğası baş qaldırıb.  Söhbət Aİ-Mercosur razılaşmasının Fransada çaxnaşma yaratmasından, sənədin fermerlər tərəfindən kəskin qəzəblə qarşılanmasından gedir.

Mercosur sazişi özündə nəyi ehtiva edir?

Mercosur və ya Merkosul Argentina, Braziliya, Paraqvay (dayandırılıb), Uruqvay və Venesuela  arasında imzalanan iqtisadi və siyasi müqavilədir. Boliviya, Çili,  Kolumbiya, Ekvador, Peru bu müqavilədə assosiativ üzvlər kimi təmsil olunurlar. Meksika və Yeni Zelandiya isə müşahidəçi üzvlərdirlər. Mercosurun strateji məqsədi-qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması, həmçinin subregionların beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılmasıdır.

Mercosur razılaşması ötən əsrin altımışıncı illərinin çağırışları fonunda gündəmə gəlib. Həmin dövrdə baş vermiş iqtisadi və siyasi böhrandan sonra Cənubi Amerikada inteqrasiya proseslərinə maraq 1980-ci illərdən başlayaraq yenidən artmağa başlayıb. Belə ki, 1986-cı ildə Argentina və Braziliya-Latın Amerikasının iqtisadi cəhətdən güclü iki dövləti iqtisadi əməkdaşlıq və davamlı inteqrasiyanın inkişafı haqqındakı birgə layihələrini irəli sürüblər və başqa ölkələrin bura qatılmasının açıq olduğunu elan ediblər. Bundan sonra Uruqvay və Paraqvay da  onlara qoşulublar. 1991-ci ilin mart ayında Paraqvayın Asunsone şəhərində gömrük birliyi və ümumi bazar - Mercosur-un yaradılması haqqında dördtərəfli müqavilə imzalanıb. 1994-cü ildə Asunsone müqaviləsinə əlavə olaraq sərbəst ticarət zonasının yaradılmasını və sonradan onun gömrük birliyi ilə əvəz olunmasını təsdiq edən yeni müqavilə imzalanıb. 1995-ci ildə bu müqavilə qüvvəyə minib və birliyin sərhədləri daxilinə üçüncü ölkədən məhsul idxalına dair ümumi gömrük tarifləri tətbiq olunmağa başlayıb. Təşkilatın nüfuzu artdıqca Cənubi Amerikanın başqa dövlətləri də buraya qoşulmağa başlayıblar və beləliklə də müqavilə genişlənib.

Mercosur-un fəaliyyətdə olduğu dövrdə Latın Amerikasının digər təşkilatları ilə ticari iqtisadi tərəfdaşlıq getdikcə böyüyüb. Meksika və Çili özlərinin geosiyasi mövqeyindən istifadə edərək NAFTA və Mercosur arasında bağlayıcı bənd rolunu oynamağa cəhd göstəriblər. 1991-ci ildə Mərkəzi Amerikada yaradılmış “Mərkəzi Amerika inteqrasiya təşkilatı-SICA” (6 dövlət - Qvatemala, Honduras, Kosta-Rika, Nikaraqua, Panama, Salvador) 1998-ci ildə öz sərbəst ticarət zonasını Mercosur-un sərbəst ticarət zonası ilə birləşdirmək haqqında müqavilə imzalayıblar. Ötən dövrdə qarşıya çıxan bəzi obyektiv və subyektiv çətinliklərə baxmayaraq, Mercosur Latın Amerikasının ən böyük inteqrasiya təşkilatı olaraq öz yerini saxlayır. Belə ki, Latın Amerikasının əhalisinin 200 milyondan çoxu, ÜDM-nun 50 faizi, birbaşa xarici investisiyanın 40 faizi, məhsul dövriyyəsinin 60 faizdən çoxu və daxili ticarətinin 33 faizdən çoxu bu təşkilatın payına düşür.

Mercosur-un Aİ üçün cəlbediciliyi

Avropa Komissiyası hazırda qlobal təchizatda yaranan çətinlikləri nəzərə almaqla Aİ-nin ticarət əlaqələrini şaxələndirmək strategiyasından çıxış edir. Bu, iqtisadi çətinliklər dönəmində “qoca qitə”nin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Mercosur-un Aİ üçün artan cəlbediciliyi də ilk növbədə bununla bağlıdır. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Mercosur və Meksika ilə əldə olunan sazişlərin əhəmiyyətini qeyd edərək Avropanın şaxələndirməni ikiqat artırdığını və bunun yeni imkanlar açan tərəfdaşlıq olduğunu vurğulayaraq bildirib: “Aİ biznesi və aqrar-ərzaq sektoru aşağı tariflərdən, azaldılmış xərclərdən faydalanacaq. Onlar qlobal miqyasda daha rəqabətədavamlı olacaqlar”.

Yeni azad ticarət zonası 700 milyondan çox əhalini əhatə etməklə dünyada ən böyük zona olacaq. Bununla da Aİ ilə Mercosur ölkələri arasında tariflər və digər maneələr böyük ölçüdə aradan qaldırılacaq. 2024-cü ildə iki tərəf arasında ticarət dövriyyəsi 112,3 milyard avro təşkil edib. Komissiya hesab edir ki, saziş Avropanın Cənubi Amerikaya illik ixracını 39 faiz - 49 milyard avro artıraraq, qitə üzrə 440 mindən çox iş yerini dəstəkləyə bilər. Xüsusilə avtomobil, maşınqayırma və əczaçılıq sənayesi üçün böyük imkanlar gözlənilir.

Fransa, Polşa və İtaliyanın kənd təsərrüfatı sahəsində narahatlıqları sazişin təsdiqini əvvəlcə çətinləşdirsə də, sonradan Paris və Varşavadan da müsbət siqnallar verilib. Tərəflər Aİ-yə 99 min ton əlavə dana əti, 30 min ton isə pendir üçün kvota tanıyır. Almaniya və İspaniya sazişi Çindən asılılığın azaldılması baxımından strateji addım hesab edir. Bununla yanaşı, kənd təsərrüfatı lobbiləri və ekoloji təşkilatlar razılaşmanın Amazon kimi meşələrin qırılmasını sürətləndirə biləcəyindən ehtiyatlanırlar.

Fransa fermerlərinin kəskin etirazı

Aİ-nin və Makron iqtidarının Mercosurla əməkdaşlığa yaşıl işıq yandırması Fransada fermerlərin kəskin etirazına səbəb olub. Bu günlərdə onlar Avropa İttifaqının Cənubi Amerika ölkələri ilə imzalamağa hazırlaşdığı genişmiqyaslı ticarət müqaviləsinə və digər yerli narahatlıqlara etiraz olaraq Parisdə binaları mühasirəyə alıblar.  “Reuters” agentliyinin məlumatına görə, Koordinasiya Kənd Birliyinin üzvü olan fermerlər Avropa İttifaqı ilə Cənubi Amerika bloku arasında azad ticarət müqaviləsindən narazılıqlarını və hökumətin mal-qara xəstəliyi ilə mübarizəsindən narahat olduqlarını bildirərək Parisdə etiraz aksiyalarına çağırış ediblər.

Bu etirazlar Avropa Komissiyasının fermerlər üçün 45 milyard avroluq Aİ vəsaiti təklif etməsindən və Mercosur-u dəstəkləməkdə tərəddüd edən ölkələri sakitləşdirmək üçün bəzi gübrələrə idxal rüsumlarını azaltmağa razılaşmasından bir neçə gün sonra baş verib.

Eyfel qülləsinin ətrafında, Sena çayının sahilində onlarla traktor dayanaraq şəhər mərkəzinə doğru bəzi yolları bağlayıb. Fransa polisinin sərt qadağasına baxmayaraq, fermerlər şəhər mərkəzinə çatıblar.

Verilən məlumatlarda bildirilir ki, “Coordination Rurale” həmkarlar ittifaqından olan fermerlər bəhs olunan sazişə uyğun olaraq ölkəyə ucuz qida məhsullarının idxalının artacağındandan narahatdırlar. Bu, baş verərsə, onların iqtisadi maraqları təhlükə altına düşəcək. “Biz narazılıq və ümidsizlik arasındayıq. Özümüzü tərk edilmiş hiss edirik. Bizi kosmik gəmi, “Airbus” və ya avtomobil naminə atıblar”, - deyə Vyendəki həmkarlar ittifaqının vitse-prezidenti Stefan Pelletye “Reuters” agentliyinə deyib.

MÜBARİZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Yanvar 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see507

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see316

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see253

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see252

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see246

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see243

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see235

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see227

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see210

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see207

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see204

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see199

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see195

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see195

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see189

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see187

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see186

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see180

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see180

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri