Icma.az
close
up
RU
Fransada yeni etiraz dalğası

Fransada yeni etiraz dalğası

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Fransız fermerlər Versal Sarayının önündə etiraz aksiyası keçiriblər.

"Cebheinfo.az" xəbər verir ki, ölkənin aparıcı fermer ittifaqlarından olan FNSEA-nın çağırışına cavab verən fransız fermerlər bu səhər paytaxt Parisdən təxminən 20 kilometr uzaqlıqda yerləşən Versal şəhər mərkəzində toplaşıblar.

Traktorları ilə tarixi Versal Sarayının önünə qədər gələn fermerlər ədalətsiz rəqabətə səbəb olacağını düşündükləri Aİ-MERCOSUR sazişindən imtina edilməsini tələb ediblər.

“Fermer üsyanı Versalda yenidən başlayır” yazılı plakat açan fermerlər traktorları ilə şəhərdə konvoy təşkil ediblər.

Fermerlər 2024-cü ilin dekabr ayında da Versal Sarayının önündə etiraz aksiyası keçirmişdilər.

Başda fransızlar olmaqla Avropalı fermerlər Aİ ilə MERCOSUR arasında mal və məhsul ticarətində tətbiq olunan gömrük vergilərinin böyük hissəsinin ləğv edilməsini, Birlik ölkələrinin avtomobil, maşınqayırma, kimya və tibbi məhsullarına MERCOSUR tərəfindən tətbiq olunan gömrük tariflərinin də azaldılmasını nəzərdə tutan azad ticarət sazişinə qarşı çıxırlar.

Saziş çərçivəsində Cənubi Amerikadan idxalı asanlaşacaq kənd təsərrüfatı məhsullarının Avropa standartlarına uyğun olmadığını bildirən fermerlər, bu sazişin Aİ-nin kənd təsərrüfatı sahəsində son dərəcə həssas olduğu genetik modifikasiya olunmuş orqanizmlər (GMO), pestisitlər və böyümə hormonları kimi məhsulların Birlik daxilində sərbəst dövriyyəyə girərək ictimai sağlamlığa təhlükə yaradacağından narahatdırlar.

Bundan əlavə, fermerlər MERCOSUR ölkələrində sağlamlıq və ətraf mühit tənzimləmələrinin daha yumşaq, kənd təsərrüfatında işçi qüvvəsi xərclərinin isə daha aşağı olduğunu vurğulayaraq, bu sazişin Cənubi Amerikalı fermerlər üçün üstünlük yaratdığını bildirirlər.

Fermerlər hesab edirlər ki, Aİ-də kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələrdən tutmuş karbon emissiyasına qədər bir sıra qoruyucu tədbirlərin tətbiq olunduğu bazara daxil olacaq Cənubi Amerika məhsulları ədalətsiz rəqabətə səbəb olacaq.

Aİ ilə MERCOSUR 2000-ci ildə azad ticarət sazişi üzrə danışıqlara başlayıb və tərəflər 20 ilə yaxın müzakirələrdən sonra 2019-cu ildə razılığa gəldiklərini açıqlayıblar.

Buna baxmayaraq, sazişin imza və ratifikasiya prosesi tamamlanmadığı üçün hələ qüvvəyə minməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri