Icma.az
close
up
RU
Fransada hava limanı dispetçerləri yenidən tətilə hazırlaşırlar

Fransada hava limanı dispetçerləri yenidən tətilə hazırlaşırlar

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paris, 29 avqust, AZƏRTAC

Fransada hava limanları dispetçerlərinin aparıcı həmkarlar ittifaqı SNCTA (peşə üzrə səslərin 60 faizini təmsil edir) sentyabrın 18-də ümummilli tətil elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə həmkarlar ittifaqının yayılmış rəsmi açıqlamasında bildirilib.

Tətilin 19 sentyabr səhərə qədər, yəni gecə növbəsinin sonuna qədər davam edəcəyi gözlənilir.

SNCTA rəhbərliyi bəyan edib ki, son aylar ərzində onlar sosial dialoqa üstünlük verərək əmək haqqı, idarəetmə və peşə şəraiti ilə bağlı konkret təkliflər irəli sürüblər. Lakin bu təşəbbüslərin nəticəsiz qalması ittifaqı sərt tədbirlər görməyə vadar edib: “Bu nəticəsiz dialoq artıq hər hansı islahat və inkişaf perspektivini bloklayır”.

Həmkarlar ittifaqı 2024-cü il üçün inflyasiyaya uyğun maaş artımı tələb edir. Həmçinin, hava nəzarət xidmətində idarəetmə və rəhbərlik metodlarının köklü şəkildə dəyişdirilməsi çağırışı səsləndirib.

“Son illərdə hava nəzarət sistemində etimadsızlıq, cəzalandırıcı yanaşmalar və alçaldıcı idarəetmə üsulları hökm sürür. Biz əməliyyatlar idarəsinin rəhbərliyində dərin bir dəyişiklik istəyirik”, – deyə SNCTA vurğulayıb.

Son aylarda hava nəzarətçilərinin bir neçə aksiyası Fransanın hava nəqliyyatında ciddi nəticələrə səbəb olub. İyulun 3 və 4-də UNSA-ICNA və USAC-CGT həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən tətil zamanı təxminən 3 min uçuş ləğv edilib, yüzlərlə reys gecikmişdi. Həmin aksiyada SNCTA iştirak etməmişdi, lakin bu dəfə tətilin miqyası daha böyük ola bilər.

Sentyabrın 18-də tətil öncəsi Fransa hava limanlarında ciddi pozuntular gözlənilir. Tətillərin beynəlxalq uçuşlar da daxil olmaqla, minlərlə sərnişinin planlarına təsir edəcəyi ehtimal olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri