Fransada dəmir yolu işçiləri kütləvi tətilə hazırlaşırlar
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransadakı dəmir yolu işçiləri, ümummilli həmkarlar ittifaqı tətilinə qoşularaq öz haqqlarınə tələb edəcəklər.
Oxuməni.az xəbər verir ki, bu barədə SUD-Rail həmkarlar ittifaqının federal katibi Julien Trokkaz bildirib.
"Biz təzyiqi artıracağıq - söhbət 5 noyabr Cümə axşamı günü keçiriləcək tətildən, daha dəqiq desək, ümumi tətildən gedir", - deyə o, BFMTV-də bildirib. Digər həmkarlar ittifaqları 5 noyabr tətillərində fəal iştirak etdiklərini təsdiqlədilər ki, bu da SUD-Rail nümayəndəsinin sözlərinə görə, "işçilərdə inamı artırır".
Trokkaz tətillərin şirkətlərin və onların işçilərinin "pul itirməsinə" səbəb olacağını etiraf etdi, lakin bunu zəruri bir addım kimi dəyərləndirdi.. O izah etdi ki, inflyasiya 3,1% olduğu halda, orta əmək haqqı artımı cəmi 0,19% təşkil edir. Trokkaz qeyd edib ki, əmək haqqı artımları, işdən çıxarılmalarla yanaşı, Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) rəhbərliyi ilə müzakirə olunacaq əsas mövzulardan biri olacaq.
"Əldə etdiyimiz məlumata görə, insanlar qəzəbləniblər və bu qəzəb cümə axşamı işlərin dayandırılması və küçələrə çıxmaqla ifadə olunmalıdır", - deyə o bildirib. Televiziya aparıcıları tətillərin müddəti barədə soruşduqda, Trokkaz etiraz aksiyalarının "tətilçilərin tələblərinin yerinə yetirilməsinə nail olana qədər" davam etdiirləcəyini bildirib..
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 02 Noyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















