Icma.az
close
up
RU
Fransada həbsxanalar bir neçə gündür hücumların hədəfinə çevrilib

Fransada həbsxanalar bir neçə gündür hücumların hədəfinə çevrilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 22 aprel, AZƏRTAC

Son bir həftə ərzində Fransanın müxtəlif şəhərlərində eyni vaxtda həbsxana obyektlərinə və penitensiar sistemi məmurlarına hücumlar davam edir.

AZƏRTAC xəbər verir ki, həbsxanalara hücumlar zamanı atəş açılıb, maşınlar yandırılıb və divarlara “DDPF” (Fransız Məhbusların Hüquqlarının Müdafiəsi) abreviaturası yazılıb.

Aprelin 21-dən 22-nə keçən gecə Izer şəhərində bir neçə şəxs benzin balonları ilə həbsxananın yaxınlığında həbs edilib. Bildirilir ki, gecə saat 2 radələrində Vars həbsxanasının 200 metrliyində polis yoxlaması zamanı üç nəfər saxlanılıb. İstintaq bu şəxslərin həbsxanaya hücum etmək niyyətində olub-olmadığını müəyyən etməlidir. Ədliyyə naziri isə bununla bağlı “Bir neçə hücumun qarşısı alınıb” - deyə “X” hesabında yazıb.

Ötən gecə yenə avtomobillər zədələnib, Kalvados Həbsxanaya İnteqrasiya və Probasiya Xidmətinin (SPIP) binası qarşısında həbsxana rəhbərliyinin beş avtomobili yandırılıb. İstintaq Kalvados idarələrarası məhkəmə polisi xidmətinə həvalə edilib. Uaz (Oise) departamentində də ötən gecə həbsxana məmurunun avtomobilinə "DDPF" sözləri sprey boya ilə yazılıb.

Xatırladaq ki, ötən həftə müntəzəm şəkildə eyni vaxtda Tulonda (Var), Vendin-le-Vieil (Pas-de-Kale), Condé-sur-Sarthe (Orne), eləcə də Eks-an –Provansda (Aix-Luynes) həbsxanalarına hücumlar edilib, atəş açılıb, avtomobillər yandırılıb. Həmçinin regional təhlükəsizlik qruplarının (Eris) qapısı hədəfə alınıb. Villepint (Seine-Saint-Denis) və Nanterre istintaq təcridxanalarında (Hauts-de-Seine) də avtomobillərə od vurulub.

Buş-dü-Ronda Taraskon həbsxanasının dayanacağında aprelin 15-dən 16-na keçən gecə üç avtomobil yandırılıb.

Sen-və-Marnda “Villenoy” həbsxana məmurunun yaşadığı binanın pilləkənində yanğın törədilib. Həmin binanın divarında “DDPF” yazısı da yazılıb.

Milli Terrorla Mübarizə Prokurorluğu, bir neçə həbsxananın avtomobil atəşinə və qraffitilərə məruz qalmasından, Toulondakı (Var) həbsxananın 14-dən 15-nə keçən gecə avtomat silahdan atəşə tutulmasından sonra istintaqı öz üzərinə götürdüyünü açıqlayıb.

Bu hərəkətləri hədə-qorxu cəhdləri kimi xarakterizə edən və bunu narkotik ticarətinə qarşı son tədbirlərlə əlaqələndirən ədliyyə naziri J.Darmanın “X” hesabında yazıb: “Respublika narkotik ticarəti ilə üz-üzədir və cinayət şəbəkələrini kökündən sıradan çıxaracaq tədbirlər görür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri