Icma.az
close
up
RU
Fransada islamofobiya dövlət siyasətinə çevrilib ŞƏRH

Fransada islamofobiya dövlət siyasətinə çevrilib ŞƏRH

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Fransada islamofobiya ilə bağlı iddialar son dövrlərdə daha çox müzakirə olunmağa başlayıb. Bu məsələ cəmiyyət və siyasət səviyyəsində fərqli yanaşmalar doğurur.

Bu tendensiya sistemli dövlət siyasətidir, yoxsa ayrı-ayrı mövqelərin ümumiləşdirilmə?

Mözvuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Fransada islamofobiyanın güclənməsi formal olaraq dövlət siyasəti hesab olunmaya bilər. Lakin proses elə bir mərhələyə gəlib çatıb ki, bu, artıq faktiki olaraq dövlət siyasəti xarakteri daşıyır. Çünki Fransa siyasətindəki ənənəvi siyasi qrupların demək olar ki, hamısı bu tendensiyada iştirak edir və ölkədə islamın sıxışdırılması prosesi uzun müddətdir davam edir.

Zeynal Əmrəliyev: Fransa islamafobiya ilə ən böyük zərəri özünə vurur

Politoloqun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra Fransada hakimiyyətdə olan siyasi qüvvələr Avropanın ənənəvi dəyərlərini və xristian mühafizəkarlığını daha fəal şəkildə təbliğ etməyə başlayıblar. Maraqlıdır ki, bu yanaşma həm sağ, həm sol siyasi düşərgədə, eləcə də mərkəzçi qüvvələrdə müşahidə olunur. 2017-ci il seçkilərində qalib gələn Emmanuel Makronun rəhbərlik etdiyi siyasi xətt daxilində də bu meyllərin şahidi olmaq mümkündür:

"Bu, əlbəttə ki, qəbuledilməzdir və gələcəkdə Fransa üçün ciddi risklər yarada biləcək bir məsələdir. Ümumilikdə, islamofobiya Fransanın xarici siyasətində də problemlərə səbəb olub. Xüsusilə müsəlman ölkələri və keçmiş müstəmləkələrlə münasibətlərin gərginləşməsində bu amilin rolu danılmazdır".

Müsahibimiz qeyd edir ki, bu proseslər bu gün də davam edir. Məsələn, Fransanın Azərbaycana münasibəti - istər müharibədən əvvəl, istər müharibə dövründə, istərsə də post-müharibə mərhələsində - çox vaxt islamofobiya və türkofobiya ilə izah olunur. Bu yanaşmanı yalnız Azərbaycan timsalında deyil, digər ölkələrə münasibətdə də müşahidə etmək mümkündür:

"Nəticə etibarilə, bu cür siyasət istər-istəməz dövlət siyasətinə də təsir edir və uzunmüddətli perspektivdə ən böyük zərəri Fransanın özünə vurur. Bu baxımdan, belə yanaşmanın dəyişdirilməsi zəruri hesab olunur".

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Aprel 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri