Icma.az
close
up
RU
Fransada hökumət BÖHRANI Makron istefaya GÖNDƏRİLİR?

Fransada hökumət BÖHRANI Makron istefaya GÖNDƏRİLİR?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransada prezident Emmanuel Makronun istefası tələbləri günü-gündən artmaqdadır.
Bu günlərdə “İtaətsiz Fransa” partiyası yenidən prezident Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması üçün prosedura başlatmağa cəhd edəcək. Hazırkı prosedur ölkə konstitusiyasının 68-ci maddəsinə əsaslanır və prezidentin vəzifədən kənarlaşdırılmasını nəzərdə tutur.
 

MÖVZU İLƏ BAĞLI:
Parisə NÖVBƏTİ ZƏRBƏ - Fransa Afrikadakı dayaqlarını bir-bir İTİRİR...


Eyni zamanda, Fransa sol-müxalifətinin lideri Jan-Lük Melenşon “X” hesabında bəyan edib ki, Fransa prezidenti Emmanuel Makron istefaya getməlidir.
Hazırda Fransa parlamenti 2025-ci ilin büdcə qanun layihəsini müzakirə edir. Parlamentin aşağı palatası bunu birinci oxunuşda rədd edib və sənəd baxılmaq üçün Senata göndərilib.
Büdcə ilə bağlı müzakirələr solçuların hökumətə etimadsızlıq ifadə edə biləcəyini istisna etmir.
Xatırladaq ki, bu il Fransada keçirilən parlament seçkilərində solçu Yeni Xalq Cəbhəsi qalib gəlsə də, Makron namizədliyi koalisiyanın təklif etdiyi Kastanı baş nazir təyin etməkdən imtina edib. O vaxtdan bəri müxalifət dəfələrlə prezidenti istefaya çağırıb.
Bu hadisə Fransanın daxili siyasətində ciddi gərginliyin yaşanacağından xəbər verir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov düşünür ki, müxalifət Makronu istefaya göndərə bilməyəcək. Amma bu səbəbdən Fransanı daha ağır günlər gözləyir:
“Fransa prezidenti Aİ-yə keçirilən seçkilərdə sağların qələbəsindən qorxuya düşərək, dərhal ölkədə parlament seçkiləri elan etdi. Nəticələr isə onun gözlədiyi kimi olmadı. Heç bir partiya və blok tələb olunan üstünlüyü əldə etmədi. Həmin səbəbdən də müxalifət hökumət təşkil etmək istəyini reallaşdıra bilmədi. Makron baş naziri təyin etdi.
Burada əsas problem sonradan baş nazirin parlament tərəfindən etimad səslərini alması prosesində yaranır. O, etimad ala bilməsə, yeni baş nazir təyin olunmalıdır. Hazırda ölkədə büdcə müzakirəsi gedir. Müxalifət hökumətin büdcə layihəsini qəbul etmir. Bu əsasda ehtimal olunur ki, büdcə layihəsi parlamentdən keçməyəcək”.
Həmsöhbətimizin fikrincə, proseslərin nəticəsi olaraq Fransada növbəti böhran yaşanacaq:
“Bundan sonra isə hökumətin fəaliyyəti problemli olacaq. Ancaq bunun Makronun istefasına gətirib çıxaracağını düşünmürəm. Onu istefaya göndərmək üçün müxalifətin tələb olunan qədər səsi yoxdur. Onlar hətta öz namizədlərinin baş nazir olması üçün tələb olunan səsə də sahib deyillər. Bu səbəbdən Fransanı ağır günlər gözləyir, böhran hələ xeyli davam edəcək.
Hökumətlə parlament arasında qarşıdurma səngiməyəcək. Təbii ki, bundan da ən çox ziyan çəkən özlərinə layiq olan prezident seçə bilməyən fransız xalqı olacaq”.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri