Icma.az
close
up
RU
Fransada BÜDCƏ BÖHRANI Ermənistan hərbi yardımdan məhrum qalacaq?

Fransada BÜDCƏ BÖHRANI Ermənistan hərbi yardımdan məhrum qalacaq?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa hökumətinin süqutu ölkənin müdafiə planlarını pozub. Siyasi böhran həll olunana qədər ölkənin hərbi büdcəsini artırmaq mümkün olmayacaq. Bu barədə “Politico” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Nəşr bildirib ki, Fransa Nazirlər Şurası 2024-cü il büdcəsini 2025-ci ildə də davam etdirməyi nəzərdə tutan xüsusi qətnamə qəbul edib.
Bu o deməkdir ki, yeddi illik hərbi planlaşdırma qanununun bir hissəsi olan 3,3 milyard avroluq müdafiə xərclərinin 2025-ci ildə artırılması hələlik mümkün olmayacaq. Eyni zamanda 2025-ci ilin büdcəsi təsdiqlənənə qədər Fransa Müdafiə Nazirliyi ordu sıralarını genişləndirə bilməyəcək. Üstəlik yeni hərbi proqramların həyata keçirilməsi də dondurulub.
Fransanın 2025-ci il müdafiə büdcəsi ilə bağlı hesabatı hazırlayan sosialist senator Helène Convay-Mouretin sözlərinə görə, ordu bu vəziyyətdən narahatdır.
Bu proses nəticəsində Paris silah ixracını da azaltmağa məcbur ola bilər.
Bu isə o anlama gəlir ki, Fransanın əsas silah alıcılarından biri olan Ermənistan da Parisin silah yardımından məhrum ola bilər.


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, yaşanan hökumət böhranı fonunda büdcə layihəsinin təsdiqində çətinliyin yaranması ilə Parisin silah-sursatla təmin etmək istiqamətində Ermənistanı narazı salacaq müəyyən addımlar atmağa məcbur olması da istisna deyil:
“Fransa 2025-ci il üçün dövlət büdcəsini təsdiqləyir. Büdcədə hərbi xərclərin 3 milyard avrodan bir qədər artıq artırılması nəzərdə tutulur. Hazırda Fransanın hərbi xərcləri 47 milyard avrodan bir qədər çoxdur. İndi onu 50,5 milyard avroya çatdırmaq istəyirlər. Ancaq bunu etmək elə də asan olmayacaq. Çünki ölkədə ciddi hökumət böhranı yaşanmaqdadır. 1962-ci ildən sonra ilk dəfə hökumətə etimadsızlıq göstərildi. Ona görə Makron da məcbur olub hökuməti istefaya göndərdi.
Bu hökumət böhranı fonunda hərbi büdcə artırılsa da, onun icra məsələsi ciddi problem kimi diqqətdən yayınmır. Çünki Rusiya Ukrayna müharibəsi fonunda nüvə təhlükəsizliyi məsələsi ön plana keçib. Fransa hökuməti nüvə istehsalı və sınaqları ilə bağlı büdcəni 8 faiz artırmaq istəyir.
Belə olan vəziyyətdə, adi silah istehsalı məsələsində müəyyən problemlər olacaq”.
Deputat qeyd edir ki, bu durumda hökumət hərbi-sənaye kompleksini narazı sala bilər:
“Hansı ki, artıq onun da tendensiyası müşahidə edilir. Nəticədə Parisin bu istiqamətdə Ermənistanı razı sala bilməyəcək müəyyən addımlar atması da istisna deyil. Baxmayaraq ki, onlar arasında hərbi təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələr genişlənməkdədir.
Fransa Ermənistanı hücum silahları ilə təmin edib, əslində onu müharibəyə hazırlayır. Hökumət böhranı fonunda isə büdcə xərclərinin təsdiqlənməsi və silah satışı məsələsində hərbi-sənaye kompleksilə hakimiyyət arasında müəyyən ixtilafları yaranması tendensiyası da müşahidə olunur. Bunu ABŞ-ın “Politiko” nəşri də qeyd edir. Bu proqnozlar reallaşarsa, onun Ermənistanla Fransa arasında hərbi əməkdaşlıq məsələsinə də təsiri olacaq”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Dekabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri