Icma.az
close
up
RU
Fransada müsəlmanların əksəriyyəti son beş ildə daha çox irqçiliklə üzləşiblər SORĞU

Fransada müsəlmanların əksəriyyəti son beş ildə daha çox irqçiliklə üzləşiblər SORĞU

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paris, 17 sentyabr, AZƏRTAC

Fransada yaşayan müsəlmanların əksəriyyəti son beş il ərzində irqçi münasibətlərə məruz qaldıqlarını bildirirlər.

AZƏRTAC xəbər verir ki, bu, IFOP institutunun keçirdiyi sorğunun nəticəsi ilə təsdiqlənib. Sorğu 2000 müsəlman mənşəli fransız vətəndaşı arasında aparılıb və narahatedici bir mənzərə ortaya qoyulub. Müsəlmanların 66 faizi irqçilik və ayrı-seçkiliyin qurbanı olduqlarını deyirlər.

Araşdırma göstərib ki, 25 yaşdan aşağı müsəlmanların 75 faizi irqçi münasibətə məruz qalıb. Kişilər və qadınlar arasında fərq müşahidə olunmayıb - bu isə hicabla bağlı ictimai müzakirələrə baxmayaraq, ayrı-seçkiliyin həm kişiləri, həm qadınları eyni dərəcədə hədəf aldığını göstərir.

Sorğuda iştirak edənlərin yarısı iş axtarışı zamanı, digərləri isə ev kirayələmə prosesində, barlara və ya disko-klublara girişdə, həkimlər və müəllimlərlə münasibətdə diskriminasiyaya məruz qaldıqlarını bildiriblər. Müsəlman respondentlərin 30–40 faizi bu cür təcrübələr yaşadığını qeyd edib.

Paris Müsəlman Assosiasiyaları Koordinasiyasının sədri və paytaxtın cənub-qərbindəki məscidin rektoru Najat Benali vəziyyətin təəccüblü olmadığını bildirərək, 2022-ci ildə cümə namazından sonra kiçik bir sorğu aparıldığını, hər iki nəfərdən birinin artıq təhqir və ya zorakılıqla üzləşdiyini deyir.

Ən diqqətçəkən məqam isə müsəlmanların 80 faizinin baş verənlərə baxmayaraq şikayət etməməsidir. Səbəb isə medianın və bəzi siyasətçilərin islamofob ifadələrinə qarşı sanksiyaların olmamasıdır.

"Keçən həftə mənim məscidim daxil olmaqla, doqquz məscidin qarşısına donuz başları qoyuldu. Bəzi inanclılar bu başları götürüb zibil qutusuna atdı – polisə belə zəng etmədilər. Onlar üçün bu, artıq adi haldır", - deyə N.Benali insanların irqçilikdən nə dərəcədə əziyyət çəkdiklərini, vəziyyətin çətinləşdiyini vurğulayıb.

IFOP tərəfindən sorğulanan müsəlmanların 81 faizi son 10 ildə Fransada irqçiliyin artdığını düşünür. Bu isə cəmiyyətdə narahatlıq və qorxu hissini artırır. Xüsusilə hicablı qadınlar özlərini daha çox təhlükə altında hiss edirlər – 66 faizi təhqir və ya hücum qorxusu ilə yaşayır.

Tədqiqatçılar arasında uzun müddətdir ki, bu tip hücumlarda hansı parametrin daha ağır olması ilə bağlı mübahisələr gedir: etnik və ya irqi mənşəli, yoxsa əlverişsiz qonşuluqda yaşamaq. IFOP sorğu institutu tərəfindən müsahibə edilən qurbanların yarısı, məhz dinlərinə görə hədəf olduqlarını deyiblər.

Bundan əlavə, sosial status da qoruyucu amil deyil. Sorğu nəticələri göstərir ki, yüksək təhsilli və yüksək vəzifədə çalışan müsəlmanlar da təhqir və ayrı-seçkilikdən sığortalanmayıblar.

Sorğu Paris Böyük Məscidinin rektoru Şəmsəddin Hafiz tərəfindən sifariş olunub. “Məqsədim gerçəyi ortaya qoymaq və inkarla vidalaşmaq idi. Biz konkret rəqəmlərlə mövcud vəziyyəti göstərmək və güclü cavab almaq istəyirik”, - deyə o, məscidin rəsmi saytında yazıb.

Fransada islamofobiya və irqçiliklə bağlı narahatlıqlar yalnız fərdi təəssüratlar deyil, artıq statistik faktlardır. Müsəlman icması gündəlik həyatda artan basqılar və ayrı-seçkiliklə üz-üzədir. Bu sorğu həm ictimaiyyətin, həm də hökumətin məsələyə ciddi yanaşmasının zəruriliyini bir daha gündəmə gətirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri