Fransada kütləvi talanların nəticəsi: 149 nəfər həbsə göndərildi
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransada oktyabrın 17-də baş vermiş iğtişaşlarla bağlı işlərə məhkəmələrdə baxılmasının nəticəsi olaraq, təxminən 150 nəfər həbs cəzasına məhkum edilib.
TASS-ın məlumatına görə, bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen məlumat verib.
"Artıq 48 saatdır ki, ölkənin bütün ərazisində saxlanılan şəxslərlə bağlı çoxsaylı işlərə baxırıq. Məhkəmə iclasları 48 saat ərzində keçirilir. Hazırda artıq 149 nəfər həbs cəzasına məhkum edilib", - deyə o bildirib.
Nazir bir neçə hadisəni misal çəkib. "Micromania" videooyun mağazasını qarət etdiklərinə görə, 20-25 yaşlarında olan üç nəfərin hər biri 10 ay müddətinə azadlıqdan məhrum edilib. Halbuki onların əvvəllər polisə gətirilmə halları olmayıb. İğtişaşların 28 yaşlı digər iştirakçısı da "Sephora" ətriyyat və kosmetika mağazasını qarət etdiyinə görə eyni müddətə həbs cəzası alıb.
"Belə hərəkətlər edənlər Fransaya xəyanət edir, ölkənin nüfuzuna xələl gətirirlər. Onlar sahibkarların həyatını və iqtisadi rifahını, şəhərin və ölkənin imicini məhv edirlər. Bundan əlavə, bu gün olduğu kimi, son dərəcə sərt cinayət-hüquqi tədbirlərlə reaksiya verməsək, sahibkarlar və sakinlər ədaləti özləri bərpa etməyə çalışacaqlar", - deyə nazir bildirib.
Ötən həftəsonu Parisdə və Fransanın digər bölgələrində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransa Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq qiymətləndirib.
Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Fransanın ədliyyə naziri Jerald Darmanenin bildirdiyinə görə, oktyabrın 17-də ölkə üzrə talançılar təxminən 3 min mağazanı qarət edib, 2,5 mindən çox insan saxlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 Oktyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















