Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paris, 1 oktyabr, AZƏRTAC
Fransanın Beziers şəhərinin meri Rober Menar 2023-cü ildə deportasiya qərarı olan Əlcəzair vətəndaşını şəhər sakini fransız qadınla evləndirməkdən imtina etdiyi üçün məhkəmədə onun barəsində 7500 avro cərimə tələb olunub.
AZƏRTAC xəbər verir ki, Montpellier Prokurorluğu sentyabrın 30-da keçirilən məhkəmə iclasında bu tələbi irəli sürüb. Prokuror Tyeri Lekuark bildirib ki, mer qanun və qaydaların icrasına cavabdehdir və buna görə də nikahı qeydiyyata almaqdan imtina edə bilməz.
Tələb olunan cərimə qanunda nəzərdə tutulan maksimal cəzadan xeyli aşağıdır. Belə pozuntuya görə 5 ilədək həbs, 75 min avro cərimə və seçkili vəzifə tutmaq hüququndan məhrumetmə cəzası nəzərdə tutulur.
Məhkəmədə çıxış edən Rober Menar isə qərarını müdafiə edib. O bildirib ki, belə hal yenidən baş versəydi, eyni addımı atardı.
Merin sözlərinə görə, məsələ şəxsin milliyyəti deyil, prinsip məsələsidir və o, Fransada qalması tələb olunan şəxslə nikah bağlamağa məcbur edilməməlidir.
Məhkəmənin yekun qərarı hələ açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 01 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















