Fransada mer seçkidəki rəqibinə qarşı zorakılığa görə CƏRİMƏLƏNDİ
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın Arkaşon şəhərinin meri İv Fulon bələdiyyə seçkilərində əsas rəqibinə qarşı təhqir və zorakılığa görə 5 min avro məbləğində cərimələnib.
Redaktor.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
“Arkaşon meri İv Fulon avqustun 20-də Bordo İslah Məhkəməsinin qərarı ilə bələdiyyə seçkilərində əsas rəqibi Vital Boda qarşı təhdid və zorakılığa görə 5 min avro cərimə edilib”, - deyə məlumatda qeyd olunub.
Məlumata görə, sübut kimi seçkilərin martın 15-də keçirilmiş ilk turu zamanı gizli kamera ilə çəkilmiş görüntülərdən istifadə olunub. Videoda Fulon nalayiq ifadələr işlədərək rəqibini mer tərəfindən sökülmüş tarixi villanın yerində inşa edilən evinin tikinti sahəsindən çəkilmiş fotoları dərc etməkdə ittiham edib.
Görüntülərdə Fulonun Boda qarşı fiziki güc tətbiq etdiyi də təsdiqlənib.
Agentliyin məlumatına görə, məhkəmə həmçinin Fulonu mənəvi zərərə görə Boda 2,5 min avro kompensasiya ödəməyə məcbur edib.
Beləliklə, məhkəmənin hökmü prokurorluğun tələbindən daha yüngül olub. Prokurorluq merin 4 ay müddətinə həbs edilməsini tələb etmişdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 20 Avqust 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















