“Fransada Milad niyə gizlədilir? Müsəlman ölkələrində bayram daha açıq qeyd olunur“ “Boulevard Voltaire“
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"Fransada Miladın dini mahiyyəti sıxışdırıldığı halda, bir çox müsəlman ölkəsində bayram daha səmimi və açıq şəkildə yaşanır..."
Fransada solçu siyasətçilər Miladı getdikcə "ilin sonu bayramları" kimi neytral ifadələrlə əvəz etməyə çalışır.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Boulevard Voltaire" nəşri yazıb
"İlin sonu bayramları" və silinən yaddaş
Nəşr yazır ki, arqument eynidir: guya Miladın dini mahiyyətinin vurğulanması başqa dinlərin nümayəndələrini incidə bilər. Nəticədə bələdiyyələrdə İsa Məsihin doğum səhnələrinin qadağan olunması, dini simvolikadan məhrum bəzəklər və "Milad" sözündən sistemli şəkildə qaçınma artıq adi hala çevrilib. Nəşr bunu Fransanın öz köklərindən könüllü imtinası kimi qiymətləndirir.
Müsəlman ölkələrində Milad paradoksu
Müəlliflər diqqəti maraqlı ziddiyyətə çəkir: əsasən müsəlman ölkələrində Milad bəzən Fransadakından daha açıq və təntənəli qeyd olunur. Məsələn, Dubayda Milad yarmarkaları işıqlar içindədir, burada problemsiz şəkildə qlüvayn, hətta donuz ətindən məhsullar satılır.
Sosial şəbəkələrdə Fransadan gələn gənc influenserlər təəccüblə bildirir ki, "Fransada Milad ağacına görə qışqıranlar var, amma burada hamı rahat şəkildə bayram edir". Eyni zamanda Fransadakı Milad yarmarkalarında halal qidaya üstünlük verilməsi diqqət çəkir.
Blogerlər rakletdən tutmuş tartifletə, sendviçlərdən şirniyyatlara qədər şəriət qaydalarına uyğun məhsullar tapdıqlarını nümayiş etdirirlər. Bu isə nəşrə görə, Fransada Miladın ənənəvi mənasının boşaldılması ilə paradoksal bir mənzərə yaradır.
"Miladınız mübarək" demək də riskdir?
Məqalədə vurğulanır ki, Fransada artıq "Miladınız mübarək" demək belə tərəddüd doğurur. "Air France" ötən il sərnişinlərini "ilin sonu bayramları münasibətilə" təbrik etdiyi halda, "Emirates Airlines" eyni vaxtda açıq şəkildə "Miladınız mübarək” mesajı paylaşıb.
Prezident Emmanuel Makronun da dini ifadələrdən çəkinməsi xatırladılır. Müqayisə üçün, əhalisinin çoxu müsəlman olan Livanda həm xristian prezident, həm də müsəlman baş nazir hər il Milad münasibətilə açıq təbriklər ünvanlayır.
"Boulevard Voltaire" nəticə olaraq yazır ki, Fransanın "elitaları" bu məsələdə başqalarından dərs çıxarmalıdır. Mədəni irsdən imtina dalana aparan yoldur. İtaliya baş naziri Corcia Meloninin sözləri ilə desək, "köklərini tanıyan millət gələcəkdən qorxmaz".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 27 Dekabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















