Icma.az
close
up
RU
Fransada müsəlman hüquqları uğrunda yeni hüquqi mübarizə

Fransada müsəlman hüquqları uğrunda yeni hüquqi mübarizə

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris, 12 avqust, AZƏRTAC

Fransada tanınmış Əlcəzair mənşəlli fransız hüquqşünas, Nim (Nîmes) şəhərinin vəkillər kolegiyasının keçmiş sədri, vəkil Xədicə Audia nifrət və ayrı-seçkiliyə təhrik ittihamı ilə daxili işlər naziri Brüno Rötayoya qarşı Fransa Respublikasının Ədalət Məhkəməsinə rəsmi şikayət verib. Bu addım, Fransa ilə Əlcəzair arasında gərginləşən münasibətlər fonunda atılıb.

AZƏRTAC xəbər verir ki, Xədicə Audia şikayəti adı açıqlanmayan, Nimdə yerləşən assosiasiya adından irəli sürdüyünü bildirib. Fransa mətbuatına görə, bu assosiasiya müsəlman hüquqlarını müdafiə edən və ya Fransadakı müsəlman icması ilə bağlı fəaliyyət göstərən qurumdur.

"Zorakılığa yol açmamaq üçün yeganə çıxış yolu hüquqdur. Hüquq müdafiə edir və ayrı-seçkiliyə yol vermədən cəzalandırır", - deyə X.Audia yerli mətbuata müsahibəsində deyib. Onun hazırladığı 30 səhifəlik məhkəmə şikayəti, Brüno Rötayonun daxili işlər naziri təyin olunduğu gündən etibarən səsləndirdiyi bütün ayrı-seçkilik xarakterli bəyanatları əhatə edir.

Şikayət sənədində xüsusilə Fransada yaşayan müsəlmanlara, eləcə də Əlcəzair mənşəli fransızlara qarşı ifadə olunan diskriminativ ifadələr vurğulanıb. “Bu cür bəyanatlar nəinki insan ləyaqətinə ziddir, həm də Konstitusiyanın keşiyini çəkməli olan bir nazirə yaraşmaz”, - deyə vəkil nazirin Konstitusiyaya riayət etməli olduğunu diqqətə çatdırıb.

Şikayətə dəstək verənlər arasında Fransa Müsəlman İbadəti Şurasının (CFCM) Nim üzrə vitse-prezidenti Abdallah Zekri də var. O, 2025-ci ilin əvvəlindən Fransada müsəlmanlara qarşı 145 islamofob aktının qeydə alındığını bildirib. Bu, 2024-cü ilin bütün ili üzrə qeydə alınmış 173 hal ilə müqayisədə artıq çox ciddi artım olduğunu bildirib.

"Əlcəzair mənşəli fransızlar olaraq, biz Fransanı sevirik və bu ölkəyə hörmətlə yanaşırıq. Ancaq bizi düşmən kimi təqdim etmək yaralayıcıdır", - deyə A.Zekri bildirib.

Xədicə Audia etiraf edir ki, Fransa Respublikasının Ədalət Məhkəməsi (CJR) nadir hallarda nazirlər barəsində şikayətləri məhkəməyə çatdırır. Bu sahədə 22 mindən çox müraciət içərisində cəmi 6 iş mühakimə olunub.

Lakin o, geri çəkilmək niyyətində deyil. Əgər CJR şikayəti qəbul etməzsə, hüquqşünas Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etməyə hazır olduğunu bildirib.

Bu şikayət Fransada ifadə azadlığı, dövlətin neytrallığı və dini mənsubiyyətə görə ayrı-seçkiliyə qarşı hüquqi mübarizənin yeni mərhələsidir. Xədicə Audianın addımı yalnız hüquqi deyil, eyni zamanda, siyasi və simvolik bir çağırışdır: Fransada müsəlman vətəndaşlarının hüquqlarının qorunması üçün hüquqi mexanizmlər işləməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri