Fransada orduya Rusiya ilə müharibəyə hazırlaşmaq tapşırığı verilib
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi general Fabyen Mandon bəyan edib ki, Fransa ordusu Rusiya ilə qarşıdurmaya hazır olmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Sentyabrın 1-də Fransa Silahlı Qüvvələrinə rəhbərlik etməyə başlayan Mandonun sözlərinə görə, o, ordunun qarşısına "üç-dörd il ərzində münaqişəyə hazır olmaq" tapşırığını qoyub.
"Bu, bir növ sınaq olacaq: bəlkə, artıq keçdiyimiz hibrid müharibə şəklində, bəlkə də, daha sərt toqquşma şəklində. Rusiya qitəmizdə müharibəni davam etdirməyə çalışa biləcək bir ölkədir və bu mənim hazırlıq planımda həlledici amildir", - general əlavə edib.
O qeyd edib ki, belə şəraitdə Fransanın, ilk növbədə, hərbi büdcəni artırması lazımdır. Müdafiə büdcəsi layihəsi 2026-cı ildə 57,1 milyard avroya çatdırılmasını, yəni bu illə müqayisədə 13% artımı nəzərdə tutur. Ölkənin hərbi xərcləri isə ÜDM-in 2,2%-nə çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 Oktyabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















