Fransada prezidentliyə namizəd Rusiya ilə mümkün müharibəyə qarşı çıxdı Video
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransanın solçu “Tabe olmayan Fransa” partiyasının lideri və 2027-ci il prezident seçkilərində namizəd Jan-Lük Melanşon ölkəsinin Rusiya ilə mümkün müharibəsinə qarşı çıxıb.
Bizim.Media xəbər verir ki, siyasətçi noyabrın 21-də tələbələrlə görüşündə nüvə müharibəsinin Fransa üçün fəlakətli nəticələrə səbəb olacağını bildirib.
“Bizim nüvə silahımız var, bəli. Amma Rusiya 11 saat qurşağına malikdir, biz isə Rusiya deyilik. Bizim üçün nüvə müharibəsi bir zərbə deməkdir və hər şey bitər”, – Melanşon vurğulayıb.
O, prezident seçiləcəyi təqdirdə Fransanın Rusiya ilə müharibəyə qoşulmayacağını, Ukraynaya fransız qoşunlarının göndərilməsini dəstəkləmədiyini və münaqişənin diplomatik danışıqlar yolu ilə həllini müdafiə etdiyini bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 Noyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















