Fransada polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdi
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Parisdə polislə etirazçı məktəblilər və həmkarlar ittifaqının nümayəndələri arasında toqquşma baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
İlk toqquşmalar tələbə təşkilatları və həmkarlar ittifaqları nümayəndələrinin Port-Royal metro stansiyası yaxınlığındakı aksiyası zamanı olub.
Etirazçı qruplardan biri Port-Royal metro stansiyasına yaxınlaşarkən avtomobili yandırmağa cəhd edib.
Orta məktəb şagirdlərinin etirazları sentyabrın sonlarında Parisin İl-de-Frans bölgəsində başlayıb və hazırda bütün Fransaya yayılıb. İştirakçılar dərs cədvəlinin ağırlığına, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Etirazlar başlayandan bəri jandarmlar və polis təxminən 7000 nəfəri həbs edib ki, bunların da böyük əksəriyyəti yetkinlik yaşına çatmayanlar olub.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 14 Oktyabr 2026 05:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















