Fransada Putin haqqında çəkilmiş bədii filmin ilk kadrları yayılıb
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Rusiya prezidenti Putin barədə çəkilmiş “Kremldəki sehrbaz” bədii filminin ilk kadrları yayımlanıb.
AzPost bildirir ki, afişa filmin nümayiş olunacağı Venesiya Film Festivalının mətbuat xidməti tərəfindən dərc edilib.
Prezident Putin rolunda Cud Lou çəkilib.
“Kremldəki sehrbaz” italyan yazıçısı Giuliano da Empolinin kitabı əsasında çəkilmiş siyasi trillerdir.
Film fransız rejissoru Olivye Assayas tərəfindən çəkilib. Əsas diqqəti Vladimir Putinin yüksəlişinə yönəldərək, postsovet Rusiyanın mürəkkəb siyasi mənzərəsindən bəhs edir.
Film 90-cı illərin əvvəllərində Rusiyada baş verir. Baş qəhrəman Vladimir Putinin siyasi strateqinə çevrilən və əlində böyük nüfuzu cəmləyən televiziya prodüseri Vadim Baranovdur (posterdə təsvir olunan Pol Dano). Baranovun prototipi Putinin keçmiş köməkçisi Vladislav Surkov hesab olunur.
Filmdə həmçinin Alisiya Vikander, Zak Qalifianakis və başqa ulduzlar çəkilib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 İyul 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















