Fransadakı yəhudilər özlərini təhlükəsiz hiss etmirlər İsrailin Parisdəki səfiri
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransada antisemitizmin kəskin artması ilə əlaqədar yəhudi icmasında ciddi qorxu var.
Redaktor.az xəbər verir ki, bunu “Jewish News Sindicate”ə İsrailin Parisdəki səfiri Coşua Zarka deyib.
Onun sözlərinə görə, Fransadakı yəhudilər yalnız nəzəri olaraq aliya (repatriasiya) haqqında danışmırlar, onlar buna çox ciddi yanaşırlar. Diplomat hesab edir ki, bu vəziyyət Fransa prezidenti Emmanuel Makronun yürütdüyü siyasət nəticəsində yaranıb.
“Məsələ burasındadır ki, o (Makron – Qeyd) ölkə daxilində çox az dəstək aldığı üçün mahiyyət etibarı ilə beynəlxalq arenada özünü sübut etmək istəyir. Bəlkə də o, vəziyyətin yaxşılaşdırılmasına öz töhfəsini verə biləcəyinə səmimi şəkildə inanır, baxmayaraq ki, əslində onun hərəkətləri yalnız qeyri-sabitliyə kömək edir və təşəbbüsləri ilə Yaxın Şərqdə sabitliyi pozur”.
Eyni zamanda, İsrailin Fransa əhalisi arasında böyük dəstəyə malik olduğunu qeyd edən Zarka, ölkənin siyasi isteblişmentinin prezident Makronun siyasətini kəskin tənqid edən müxtəlif dairələrindən də böyük dəstək aldığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 24 Avqust 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















